Icma.az
close
up
RU
Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib BƏYANAT

Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib BƏYANAT

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Milli Məclisi Lüksemburq Deputatlar Palatasının bu il noyabrın 20-də qəbul etdiyi qətnaməni qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirir, ölkəmizi hədəf alan əsassız iddia və ittihamları qətiyyətlə rədd edir. Lüksemburq parlamentinin bu siyasi aksiyası həmin ölkənin parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Lüksemburq Deputatlar Palatasının qətnaməsinə dair açıqlamasında yer alıb.

Bildirilib ki, Azərbaycanın suverenliyinə aşkar hörmətsizliyin, onun milli təhlükəsizliyinin, ictimai sabitliyinin və ərazi bütövlüyünün qorunması üçün görülən tədbirlərə etinasızlığın nümayiş etdirildiyi qətnamədə ölkəmizdə cərəyan edən proseslər ilə bağlı qaldırılan məsələlər daxili işlərə kobud müdaxilədən başqa bir şey deyil.

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri barəsində irəli sürülən iddialar tamamilə əsassızdır. Seçki praktikasının təkmilləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi irəliləyiş beynəlxalq miqyasda təsdiqlənib. Seçkilər milli qanunlara və beynəlxalq öhdəliklərə tam uyğun keçirilib.

Özbaşına həbslər, fikir və toplaşma azadlığının məhdudlaşdırılması barədə qətnamədə ifadə edilən fikirlər kobud təhriflər üzərində qurulub. Müxtəlif hesabatlarda adları hallandırılan şəxslərin həbsləri milli qanunların pozulduğunu göstərən tutarlı sübutlar əsasında həyata keçirilmiş və bu zaman lazımi hüquqi prosedurlara əməl edilib.

Qətnamədə siyasi məhbuslar ilə bağlı irəli sürülən iddialar əsassızdır və Azərbaycanın gözdən salınmasına yönələn kampaniyanın tərkib hissəsini təşkil edir. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, demokratik proseslərin möhkəmləndirilməsi üçün göstərilən səylərin üzərinə kölgə salmaq cəhdi təəssüf doğurur.

Avropa Şurası Parlament Assambleyasının 76 deputatının, o cümlədən Lüksemburq Deputatlar Palatası üzvlərinin “persona non qrata” elan olunması məhz Azərbaycanın sülh və sabitlik yaradılması səylərinə zidd hərəkətlərin fəal surətdə dəstəklənməsi, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə aşkar hörmətsizliyin nümayiş etdirilməsi ilə bağlı olub. Həmin tədbirlərin ləğvinə çağırış bu cür dəstəyin ikitərəfli və çoxtərəfli münasibətlər üçün doğurduğu ağır nəticələrin dərk edilmədiyini göstərir.

Azərbaycan Respublikası Lüksemburq da daxil olmaqla, bütün beynəlxalq tərəfdaşlar ilə konstruktiv dialoqa sadiqdir, lakin bu cür dialoq qarşılıqlı hörmətə və beynəlxalq hüquqa riayət edilməsinə əsaslanmalıdır. Bununla əlaqədar Azərbaycan Milli Məclisi Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı, eləcə də parlament dialoqu və diplomatiyası prinsiplərinə zidd olan, etimadı və əməkdaşlıq yaradılması səylərini sarsıdan qətnamələr qəbul edilməsi praktikasından əl çəkməyi tələb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2024 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see122

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see122

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see121

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see121

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see120

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri