Icma.az
close
up
RU
Lulanın Trampa cavabı

Lulanın Trampa cavabı

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva BRİKS Liderlərinin 17-ci Zirvə Toplantısının ardından təşkil edilən mətbuat konfransında ABŞ prezidenti Donald Trampın vergi təhdidinə dair “Dünya dəyişib. Biz imperator istəmirik” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 17-ci BRİKS Liderlərinin Sammiti başa çatıb.

Ev sahibi Braziliya prezidenti Luiz İnasio Lula da Silva sammitdən sonra mətbuat konfransı keçirib. Lula da Silva ABŞ prezidenti Donald Trampın BRİKS blokunun “antiamerikan” olması ilə bağlı ittihamını rədd edərək deyib: “Bu, dünyanı iqtisadi cəhətdən fərqli şəkildə təşkil etməyin yollarını axtaran bir qrup ölkədir. Düşünürəm ki, BRİKS bəzi insanları buna görə narahat edir”.

Braziliya prezidenti Lula da Silva Trampın BRICS ölkələrinə vergi təhdidinə toxunaraq, “Dünya dəyişdi. Biz imperator istəmirik” deyib.

Qlobal ticarətin yalnız ABŞ dollarından asılı olmaması ilə bağlı fikirlərini təkrarlayan Luiz İnasio Lula da Silva həmçinin deyib: “Dünya elə bir yol tapmalıdır ki, bizim ticarət əlaqələrimiz yalnız dollar vasitəsilə getməsin. Təbii ki, bunu diqqətlə etmək üçün məsuliyyəti öz üzərimizə götürməliyik. Mərkəzi banklarımız bu məsələni digər ölkələrin mərkəzi bankları ilə müzakirə etməlidir”.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 İyul 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see288

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see272

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see264

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see258

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see254

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see249

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see247

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see246

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see241

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see238

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see216

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see212

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see212

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see212

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see211

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see210

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see209

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see205

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see199

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri