Lütfi Zadə adına riyaziyyat məntiq olimpiadasının yarımfinal mərhələsi mayın 2 də olacaq
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-dən etibarən respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının yarımfinal mərhələsinin buraxılış vərəqələrinin verilməsinə başlanılıb.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, yarımfinalda iştirak hüququ qazanmış şagirdlər “portal.edu.az” saytına daxil olaraq buraxılış vərəqələrini yükləyə bilərlər. Buraxılış vərəqəsi əldə etməkdə çətinlik çəkən şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət etmələri xahiş olunur.
Yarımfinal mərhələsi mayın 2-də keçiriləcək. Bu mərhələdə şagirdlər 120 dəqiqə ərzində müvafiq istiqamətlər üzrə 25 qapalı tipli test tapşırığına cavab verməlidirlər.
Qeyd edək ki, imtahana mobil telefon, ağıllı saat, qulaqlıq və digər rabitə vasitələri gətirmək qadağandır. Mərkəzə daxil olarkən bu vasitələrin içəri buraxılmasına icazə verilməyəcək. İmtahan mərkəzində bu əşyaların saxlanılması üçün yer nəzərdə tutulmayıb. Sadəcə, kimya fənnindən imtahan verən şagirdlər kalkulyator gətirə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 27 Aprel 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















