Icma.az
close
up
RU
Luvr muzeyində əsrin soyğunu 88 milyonluq qəniməti aparanlar danışdı

Luvr muzeyində əsrin soyğunu 88 milyonluq qəniməti aparanlar danışdı

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müasir tarixin ən cəsarətli soyğunlarından birində ittiham olunan iki şübhəli şəxs istintaqa verdikləri ifadə ilə hər kəsi heyrətləndirib.

Kulis.az xəbər verir ki, təqsirləndirilən şəxslər 88 milyon avro dəyərindəki tarixi zinət əşyaları soyğununa hadisədən cəmi 2-3 gün əvvəl cəlb olunduqlarını və onlardan birinin hədəfin dünyanın ən çox ziyarət edilən muzeyi – Luvr olduğunu belə bilmədiyini iddia edib.

"Le Monde" nəşrinin iyun ayında keçirilən dindirmə protokollarına əsaslanan xəbərinə görə, Abdullay N. və Qelamallah A. adlı şübhəlilər 19 oktyabr 2025-ci ildə Luvr muzeyinin Apollon qalereyasından səkkiz ədəd tarixi Fransa tacı cəvahiratının oğurlanması ilə nəticələnən əməliyyat barədə bu günə qədərki ən təfərrüatlı ifadələrini veriblər.

15-25 min avro qarşılığında tarixi cinayət

İttiham olunan şəxslərin sözlərinə görə, kimliyi gizli saxlanılan bir təşkilatçı tərəfindən soyğundan cəmi bir neçə gün əvvəl tapşırıq alıblar. Bu işin müqabilində isə onlara 15-25 min avro arasında pul vəd edilib.

Soyğundan əvvəl onlara qalereyanın təhlükəsizlik kameralarının videoları izlədilib və vitrinləri sındıraraq mümkün qədər çox cəvahirat götürmələri tapşırılıb. Abdullay N. ifadəsində hədəfin Luvr olduğunu bildiyini etiraf etsə də, Qelamallah A. oranı sadəcə "Parisdəki sıradan bir zərgərlik dükanı" zənn etdiyini irəli sürüb.

"Hər yer qaranlıq idi, yalnız vitrinlərin işıqları yanırdı..."

İstintaq sənədlərinə əsasən, 19 oktyabr 2025-ci il səhər saat 09:30 radələrində şübhəlilər təmir işləri bəhanəsi ilə səbətli bir kranla Luvrun Apollon qalereyasına daxil olublar. Daha sonra elektrik kəsici alətlərdən istifadə edərək vitrinləri açıblar.

Abdullay N. hadisə anını bu cür təsvir edib:

"İçəri girəndə ətrafda heç kim yox idi. Hər yer qaranlıq idi, yalnız vitrinlərin işıqları yanırdı. Uzaqdan mühafizəçilərin bir qapının arxasında və ya başqa bir nöqtədə hərəkət etdiyini görə bilirdim".

8 dəqiqəlik qaçış və yerə düşən tarixi tac

Cəmi 8 dəqiqə ərzində onlar Fransa kraliçaları və imperatriçalarina məxsus tac, boyunbağı, sırğa və broşların da olduğu 88 milyon avroluq cəvahiratı götürərək motosikletlə hadisə yerindən qaçıblar. Lakin qaçış zamanı İmperatriçə Yevgeniyaya məxsus tarixi tac yerə düşüb və sonradan muzeyin yaxınlığında tapılıb.

Oğurlanan əşyalar qısa müddət sonra təşkilatçıya təhvil verilsə də, o, əldə edilən qənimətdən narazı qalıb. Abdullay N. bu barədə deyib:

"O düşünürdü ki, biz daha çox zinət əşyası gətirə bilərdik".

Hər iki təqsirləndirilən şəxs təşkilatçının kimliyini açıqlamaqdan imtina edib və bunun səbəbini qisas qorxusu ilə əlaqələndiriblər. Qelamallah A. ona edilən təhdidləri belə izah edib:

"Onlar elə də məsum insanlar deyillər. Mənə birbaşa təhdid edilməsə də, həbsdə olarkən kənardan zənglər gəldi. Mənə sadəcə susmağım tapşırıldı".

Kitab təqdimatı: “Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılması” Azərbaycanın gələn il “Uşaq Avroviziyası”nda iştirak etməməsinin səbəbi açıqlandı Azərbaycan mədəniyyətinin rəngarəngliyi Kanadada nümayiş olundu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 İyul 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see598

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see537

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see381

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see286

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see285

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see262

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see259

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see251

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see250

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see249

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see222

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see222

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see219

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see217

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see216

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see216

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see214

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see213

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri