Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Parisdəki Luvr muzeyinin əməkdaşları muzey bağlandıqdan sonra binaya qanunsuz daxil olan 26 yaşlı tələbə aşkarlayıblar.
"Report" "Ouest-France" qəzetinə istinadən xəbər verir ki, gənc oktyabrın 16-dan 17-nə keçən gecə muzeyin texniki dəhlizlərindən birində tapılıb.
İlkin məlumata görə, tələbə bir neçə başqa girişin şəklini çəkdikdən sonra binaya yanğın çıxışı vasitəsilə daxil olub.
Hadisə yerinə gələn polis əməkdaşları muzeyə heç bir ziyan dəymədiyini müəyyən ediblər. Bununla belə, təhlükəsizlik siqnalizasiyası işə düşməyib.
Paris prokurorluğundan bildirilib ki, tələbənin həbsdə saxlanılması üçün əsas yoxdur. Araşdırma davam etdiyi müddətdə o, sərbəst buraxılıb.
Bu mövzuda digər xəbərlər:Luvr muzeyinə giriş bu şəxslər üçün bahalaşacaq
25 Yanvar 2025 01:24
Tiktokerlər Luvr Muzeyinə öz fotolarını yerləşdirdilər VİDEO
24 Noyabr 2025 09:32
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
22 Oktyabr 2025 07:18
Avropalı olmayanlar Luvr muzeyinə giriş üçün ikiqat pul ödəyəcək
13 Yanvar 2026 12:06
Bilet fırıldaqçılığı Luvr muzeyinə 10 milyon avro ziyan vurub
14 Fevral 2026 02:54
Baxış sayı:107
Bu xəbər 18 Oktyabr 2026 08:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















