Luvr muzeyinin direktoru qarətdən sonra istefa ərizəsi yazdı
News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Luvr muzeyinin direktoru qarətdən sonra istefa ərizəsi yazsa da, qəbul edilməyib.
News24.az xəbər verir ki, bu barədə "Figaro" mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Luvrun direktoru mədəniyyət nazirinin təklifi ilə Fransa prezidenti tərəfindən təyin edilir.
Bildirilir ki, Emmanuel Makron son günlər de Kara bir neçə dəfə zəng edərək deyib:
"Dayan. Muzeydə aparılan təmir işlərinin sürətini pozmaqdan söhbət gedə bilməz", - nəşr yazır.
Bundan əvvəl məlum olmuşdu ki, Luvr soyğunundan dəymiş ziyan 88 milyon avro qiymətləndirilir .
Oktyabrın 19-da səhər saatlarında Luvr Apollon Qalereyasından doqquz zinət əşyası oğurlanıb.
III Napoleonun arvadı İmperator Yevgeninin tacı küçədə qırılmış halda tapılıb. Hadisəni törədən şəxslərin axtarışı davam etdirilir.
Oğurlanan əşyalardan biri imperatriça Eugénie de Montijona məxsus olub. Muzey onu 6,72 milyon avroya alıb. Fransa Mədəniyyət Nazirliyi tərəfindən tərtib edilən itkin əşyalar siyahısına Hollandiya kraliçası Hortense de Beauharnais və Fransa kraliçası Mariya Amaliya ardıcıl olaraq aid olan tiara, boyunbağı və sırğa da daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 22 Oktyabr 2025 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















