Luvr muzeyinin əməkdaşları işə çıxmaqdan imtina edirlər
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Luvr muzeyinin təhlükəsizlik xidmətinin əməkdaşları oktyabrın 20-i işə başlamaqdan imtina ediblər".
Oxu.Az "The New York Times" nəşrinə istinadən xəbər verir ki, bunu muzeyin təhlükəsizlik xidməti işçilərinin həmkarlar ittifaqının rəhbəri Sara Abdelhedi bildirib.
Onun sözlərinə görə, muzey rəhbərliyi təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə hansı tədbirlərin görüləcəyinə dair məlumat vermədiyi müddət ərzində əməkdaşlar işə çıxmayacaqlar.
Muzeyin həmkarlar ittifaqı həmçinin bəyan edib ki, uzun illər ərzində muzeyin texniki və kadr problemləri diqqətdən kənarda qalıb.
2023-cü ildə Luvrun təhlükəsizlik xidmətinin əməkdaşlarının sayı 856 nəfərə qədər azalıb. 2024-cü ildə onların sayı 994 nəfər olub.
Xatırladaq ki, Luvrda qarət oktyabrın 19-da səhər baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 21 Oktyabr 2025 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















