Luvr qiymətləri 45 faiz qaldırdı Yerli oğruların zərərini əcnəbi turistlər ödəyəcək
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Fransanın paytaxtı Parisdə yerləşən Luvr Muzeyi 2026-cı ildən etibarən Avropa Xarici İqtisadi Zonası (AB üzvü ölkələr, Norveç, İslandiya və Lixtenşteyn) xaricindən gələn ziyarətçilər üçün giriş haqqını 45% artıracaq. Yeni tarifə görə, yanvarın 14-dən etibarən AB xaricindən gələn ziyarətçilər muzeyə daxil olmaq üçün 32 avro ödəyəcək ki, bu da indiki qiymətdən 10 avro (45 faiz) çoxdur.
Bakupost.az Fransa KİV-nə istinadən xəbər verir ki, artım, xüsusilə Luvru ziyarət edən əcnəbilər arasında ən böyük qrup olan ABŞ və Çin vətəndaşlarını əhatə edəcək. Məlumatlar muzeyin fəaliyyət hesabatına əsaslanır.
Luvr keçən il 8,7 milyon ziyarətçi qəbul edib və onların 69%-i əcnəbilər olub.
Giriş haqqının artırılması ilə muzey struktur problemlərini həll etməyi və dünyanın ən çox ziyarət edilən sənət muzeyinin yenidən qurulmasını maliyyələşdirmək üçün ildə 20 milyon avro gəlir əldə etməyi planlaşdırır. Muzey hələ də keçən ay baş vermiş nadir əsərlər oğurluğunun təsirlərindən çıxmağa çalışır.
19 oktyabrda Luvrda dörd nəfərlik bir qrup yalnız yeddi dəqiqə ərzində 88 milyon avro dəyərində zinət əşyalarını oğurlayıb və skuterlərlə qaçmışdı. Rəsmi araşdırmalara görə, muzeyin təhlükəsizlik sistemləri yetərsizdir. Yeni əsərlərin alınmasına böyük büdcələr ayrılan muzeydə texniki xidmət və bərpa işlərinə çox az vəsait sərf olunub.
Bu qiymət artımı bütün ziyarətçilər üçün vahid giriş haqqının ləğv edilməsini tənqid edən həmkarlar tərəfindən narazılıqla qarşılandı.
Fransa Mədəniyyət naziri Rəşidə Dati bildirib ki, 2026-cı ildən etibarən bütün milli mədəniyyət müəssisələrində fərqli qiymət siyasəti tətbiq ediləcək.
Versal Sarayı da AB xaricindən gələn ziyarətçilər üçün giriş haqqına 3 avro artırmağı düşünür.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Qəbələdə əcnəbi turistlər qəzaya düşüb
05 Avqust 2025 11:48
Qvardiola Türkiyəli futbolçu üçün 45 milyon ödəyəcək
15 Noyabr 2024 10:31
Rəfiyev: “Həm yerli, həm əcnəbi məşqçi… tələsmirik”
14 May 2025 08:07
Premyer Liqanın liderləri 2 əcnəbi, 1 yerli
23 Dekabr 2024 13:18
İtaliyada turistlər itlərə görə vergi ödəyəcək
25 Sentyabr 2025 16:07
Baxış sayı:69
Bu xəbər 28 Noyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















