Icma.az
close
up
RU
Luvrdakı qarətdən sonra Fransa hakimiyyəti qoruyucu tədbirlər görür

Luvrdakı qarətdən sonra Fransa hakimiyyəti qoruyucu tədbirlər görür

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 oktyabr, AZƏRTAC

Dünyanın ən məşhur muzeylərindən biri olan Luvr maskalı quldurların hücumuna məruz qalıb. Onlar Apollon qalereyasına daxil olaraq 9 zinət əşyasını oğurlayıblar. III Napoleonun həyat yoldaşı imperatriçə Yevgeniyə məxsus tac isə küçədə sınmış vəziyyətdə tapılıb. Soyğunçular cəmi bir neçə dəqiqə ərzində oğurluğu həyata keçiriblər və onların axtarışına artıq başlanılıb.

AZƏRTAC xəbər verir ki, Fransanın hakimiyyət orqanları ölkə ərazisindəki bütün mədəniyyət obyektlərinin mühafizəsini yenidən nəzərdən keçirir və təhlükəsizlik tədbirlərini gücləndirməyə hazırlaşır.

Bir neçə qəzet tərəfindən “əsrin oğurluğu” adlandırılan bu hadisə bütün dünyanın diqqətini cəlb edib. Oğurluqdan sonra bazar günü səhər saatlarında bağlanan muzey, bazar ertəsi günü də ziyarətçilər üçün bağlı qalıb.

Fransanın ədliyyə naziri Jerar Darmanen bildirib ki, bu oğurluq ölkəni “acınacaqlı” vəziyyətə salıb. Müxalifət siyasətçiləri isə ölkənin artıq dərin bir siyasi böhran yaşadığı bir dövrdə, bu hadisəni “milli təhqir” adlandıraraq hökuməti sərt şəkildə tənqid ediblər.

“Şübhəsiz ki, biz bu məsələdə uğursuzluğa düçar olmuşuq”, – deyə nazir Darmanen “France Inter” radiostansiyasına açıqlamasında bildirib. “Kimsə, əvəzsiz zinət əşyalarını oğurlamaq məqsədilə Paris küçələrinə avtokran çıxara bilib və bu da Fransa üçün acınacaqlı bir vəziyyət yaradıb”, - deyə o əlavə edib.

Paris prokuroru Lora Bekkonun sözlərinə görə, soyğun altı-yeddi dəqiqə ərzində baş verib və dörd silahsız şəxs tərəfindən törədilib. Onlar mühafizəçiləri hədələyiblər.

Daxili işlər naziri Loran Nunyes bazar günü bildirib ki, istintaq yüksək profilli soyğunların açılmasında müvəffəqiyyətli nəticələrə malik ixtisaslaşmış polis bölməsinə tapşırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri