Lyayen Rusiyaya qarşı planlaşdırılan yeni sanksiyaları açıqlayıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın atəşkəs təklifini rədd etdi.
APA-nın Tiranaya ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib.
"Ukraynanın atəşkəs təklifinə Avropa İttifaqı ilə ABŞ da dəstək verdi. Amma Prezident Putin bu təklifi rədd etdi. Nəhayət, Prezident Putin Ukrayna ilə birbaşa görüş keçirməyi təklif etdi", - deyə o qeyd edib
Lyayen Rusiyaya qarşı yeni sanksiyalar paketinin üzərində işlədiklərini də açıqlayıb: "Bu paketə "Şimal Axını 1" və "Şimal Axını 2"yə qarşı sanksiyalar, "kölgə donanması"na aid daha çox gəminin siyahıya salınması və neftin qiymət fərqinin azaldılması daxildir. Eyni zamanda, Rusiyanın maliyyə sektoruna qarşı daha ciddi maliyyə sanksiyaları tətbiq ediləcək. Çünki biz sülh istəyirik və buna nail olmaq üçün təzyiqləri artırmalıyıq".
Baxış sayı:136
Bu xəbər 16 May 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















