Lyuks avtomobillərlə səkiləri zəbt edənlər FOTO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hələ ötən gün bir sıra obyekt sahiblərinin paytaxtın mərkəzi küçə və prospektlərində səkiləri özəlləşdirməsi ilə bağlı xəbər dərc etmişdik. Buna baxmayaraq yenə eyni ərazilərdə, demək olar, eyni şəxslər tərəfindən piyadaların hərəkəti üçün nəzərdə tutulmuş ərazilər zəbt edilir.
Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonunda lyuks avtomobilini səkidə park edən sürücünün avtomobilini ərazidə yaşayan sakinlər çəkərək sosial şəbəkədə paylaşıb.
Belə ki, rayonun 28 May küçəsində 10-DO-660 qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü maşını səkiyə dırmaşdıraraq piyadaların hərəkətinə maneə yaradıb.
Eyni zamanda Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsindəki avtomobillərin də səkidə parklanması ərazidə yaşayan vətəndaşalr tərəfindən narazılıqla qaşrılanıb.
Sakinlər aidiyyəti qurumların məsələni tezliklə həll etməsini xahiş edir.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 31 Yanvar 2025 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















