Maarifləndirici tədbir: Gənclər sağlam həyat tərzinə çağırıldı
Dogru.az saytına istinadən Icma.az xəbər verir.
25 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin səsi: Narkotiklərə Yox!” adlı genişmiqyaslı tədbir keçirilib.
Doğru.az xəbər verir ki, tədbirin məqsədi gənclər arasında sağlam həyat tərzini təşviq etmək, narkotik vasitələrin zərərləri barədə maarifləndirməni gücləndirmək və ictimai diqqəti bu məsələyə yönəltmək olub.
Proqramda əvvəlcə İctimai Birliyin baş katibi Aysel Tahirova çıxış edib, daha sonra sosial çarx nümayiş olunub. Tədbir panel və təlim formatında davam edib.
Paneldə millət vəkilləri Vüqar İskəndərov və Samir Vəliyev, müxtəlif dövlət qurumlarının nümayəndələri gənclərin narkomaniyadan qorunması istiqamətində görülən işlərdən danışıblar.
Təlim hissəsində Dövlət Komissiyasının İşçi Qrupunun üzvü Şahin İsmayılov mübarizə tədbirləri barədə məlumat verib. Tanınmış boksçu Cavid Tağıyev şəxsi həyat hekayəsini bölüşərək gənclərə ümid və motivasiya verib. Psixoloq Vüsalə Əmiraslanova isə psixoloji dəstəyin və ailə institutunun rolunu önə çəkib.
Sonda İctimai Birliyin sədri Tural Nurməmmədov fəallıq göstərən gənclərə Təşəkkürnamələr təqdim edib.
Layihə gələcəkdə daha genişmiqyaslı maarifləndirici kampaniyaların əsasını qoyacaq.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 26 Sentyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















