Icma.az
close
up
RU
MAAŞ, PENSİYA VƏ MÜAVİNƏTLƏR YENİDƏN ARTIRILACAQ? Mühüm AÇIQLAMA

MAAŞ, PENSİYA VƏ MÜAVİNƏTLƏR YENİDƏN ARTIRILACAQ? Mühüm AÇIQLAMA

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

2026-cı ilin ilk yarısında dövlət büdcəsinin sosial xərclərinin əhəmiyyətli dərəcədə artırılması maaş, pensiya və sosial müavinətlərlə bağlı gözləntiləri yenidən gündəmə gətirib.

Sosial sahəyə ayrılan vəsaitin artması əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş yeni addımların atılacağı ilə bağlı müzakirələri gücləndirir. Bununla yanaşı, ilin ikinci yarısında hökumətin bu istiqamətdə hansı qərarları verəcəyi maraq doğurur.

İlin ikinci yarısında maaş, pensiya və sosial müavinətlər artırıla bilər? Sosial ödənişlərin artırılması üçün hazırkı iqtisadi şərait kifayət edirmi?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli deyib ki,2026-cı ilin ilk yarısında sosial xərclərin artması dövlətin sosial siyasətə prioritet verdiyini göstərir. Bununla belə, büdcədə sosial xərclərin artması avtomatik olaraq ilin ikinci yarısında maaş, pensiya və sosial müavinətlərin yenidən artırılacağı anlamına gəlmir.

Onun sözlərinə görə, belə qərarlar adətən dövlət büdcəsinin icrası, neft gəlirlərinin səviyyəsi, inflyasiya, iqtisadi artım və fiskal imkanlar nəzərə alınmaqla qəbul edilir: “Əgər ilin ikinci yarısında büdcə gəlirləri proqnozlaşdırılandan yüksək olarsa, xüsusilə enerji sektorundan daxilolmalar sabit qalsa və inflyasiya əhalinin alıcılıq qabiliyyətinə ciddi təsir göstərərsə, hökumətin müəyyən sosial paketlər açıqlaması mümkündür. Bu, minimum əməkhaqqı, minimum pensiya və ya bəzi sosial müavinətlər üzrə mərhələli artımlar şəklində ola bilər”.

A.Nəsirli qeyd edib ki, hazırkı iqtisadi şərait müəyyən imkanlar yaratsa da, eyni zamanda ehtiyatlı yanaşmanı da tələb edir: “Qeyri-neft gəlirlərinin artması və vergi daxilolmalarının yüksəlməsi müsbət amillərdir. Digər tərəfdən, qlobal iqtisadi qeyri-müəyyənlik, enerji qiymətlərində mümkün dəyişikliklər və inflyasiya riskləri dövlətin əlavə sosial öhdəliklər götürərkən balanslı qərarlar verməsini zəruri edir”.

Ekspert sonda vurğulayıb ki, sosial ödənişlərin artırılması yalnız büdcə imkanları ilə deyil, həm də makroiqtisadi sabitliyin qorunması ilə uzlaşdırılmalıdır: “Çünki gəlirlərin əsassız artırılması inflyasiya təzyiqlərini gücləndirə və sosial artımların real təsirini azalda bilər. Buna görə də hökumətin qərarları, böyük ehtimalla, həm iqtisadi göstəricilərin dinamikasına, həm də ilin sonuna doğru büdcənin icra nəticələrinə əsaslanacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Avqust 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri