Maaşıma görə məni niyə mühakimə edirsiniz?” Deputat + VİDEO
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?”.
Milli Məclisin deputatı Səyyad Aran cəmiyyətdə maaş və qazanc mövzusu ətrafında yaranan tənqidlərə sərt münasibət bildirib.
O, RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində bildirib ki, insanların qazancına görə müzakirə olunması düzgün deyil.
Deputat qeyd edib ki, özü gündəlik həyatında sadə şəkildə hərəkət edir, ictimai nəqliyyatdan istifadə edir və tez-tez piyada gəzir: “18 nömrəli avtobusla gedirdim, üçüncü dayanacaqda düşürdüm, piyada keçidindən keçib gedirdim. Qayıdanda da çox vaxt piyada gəlirəm. Evim yaxındır, həm də sağlamlıqdır”.
Onun sözlərinə görə, bu yanaşmaya baxmayaraq, bəzi şəxslər ona qarşı namərdcəsinə ifadələr işlədib: “Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır? İnsan zəhmət çəkib oxuyar, ali təhsil alar, işlədiyi yerdə fərqlənər, yeni ideyalarla çıxış edər. Cəmiyyətdə orta yaşayan da var, kasıb da var, bir az yaxşı yaşayan da var. Kimisi istedadı ilə irəli çıxır, mükafat alır. Hamı bunu edə bilmirsə, onda susub oturmalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 26 Mart 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















