Maaşın artırılmasını istəyirlər: Ölkəni tətil dalğası bürüyüb
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniyada ictimai nəqliyyat şirkətlərində çalışanların maaş artımı və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə başlatdığı xəbərdarlıq tətili ölkənin böyük hissəsində nəqliyyatı iflic edib.
"Cebheinfo.az" xəbər verir ki, Almaniyanın ən böyük həmkarlar ittifaqlarından biri olan Birləşmiş Xidmət Sahələri Həmkarlar İttifaqının (Ver.di) çağırışı ilə işəgötürənləri daha yaxşı iş şəraiti yaratmağa məcbur etmək məqsədilə təxminən 150 bələdiyyə nəqliyyat şirkətinin işçiləri saat 03:00-dan etibarən 24 saatlıq tətilə başlayıblar.
Həmkarlar ittifaqı üzvlərinin işi dayandırması nəticəsində ölkədə avtobus, metro və tramvay reysləri dayanma nöqtəsinə gəlib, 3 fevral saat 03:00-a qədər davam edəcək bu tətildən milyonlarla sərnişin təsirlənib.
Berlin, Hamburq, Münhen, Frankfurt və Köln kimi böyük şəhərlərdə avtobus, metro və tramvay səfərləri əksər hallarda ləğv edilib, səhər saatlarında yollarda ciddi tıxaclar yaranıb. Sözügedən tətil Almaniya daxilində təsirli olan dondurucu soyuqlar və buzlanma riski ilə eyni dövrə təsadüf edib.
Milyonlarla işçi işə getmək üçün alternativ yollar axtararkən, hüquqşünaslar xəbərdarlıq ediblər ki, nəqliyyat riski işçinin üzərinə düşür və tətil işə gecikmək üçün keçərli bəhanə hesab olunmur. Valideynlərə edilən xəbərdarlıqlarda isə məktəb avtobuslarının ləğv edilməsinin şagirdlərin məktəbə getmək məcburiyyətini aradan qaldırmadığı vurğulanıb.
Aşağı Saksoniya əyalətində təxminən 5 min işçiylə bağlı "sülh öhdəliyi" (tətil etməmə razılaşması) davam etdiyi üçün bu bölgə tətil dairəsindən kənarda saxlanılıb.
Bələdiyyələrin ictimai nəqliyyat şirkətlərində çalışan təxminən 100 min işçi adından danışıqlar aparan Ver.di həftəlik iş saatlarının azaldılması, istirahət vaxtlarının uzadılması, növbə müddətlərinin tənzimlənməsi, gecə və həftəsonu işləri üçün daha yüksək mükafatların ödənilməsi kimi tələblər irəli sürür.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 02 Fevral 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















