Icma.az
close
up
RU
Maaşını itirdi: Bir video ilə 1 milyon dollar toplandı

Maaşını itirdi: Bir video ilə 1 milyon dollar toplandı

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-lı veteran Ed Bambas, təqaüd maaşını itirdikdən sonra dolanmaq üçün marketdə işləmək məcburiyyətində qaldı. Sosial mediada yayılan bir videonun ardından başladılan kampaniya ilə yaşlı kişi üçün 1 milyon dollardan çox ianə toplanıb.

Sherg.az xəbər verir ki, Michigan ştatında bir marketdə çalışan 88 yaşlı hərbi veteran Ed Bambas, dolana bilmək üçün həftənin beş günü kassir kimi işlədiyini deyəndə sosial mediada sürətlə viral olub.

Bambasın hekayəsi minlərlə insanı hərəkətə keçirib və onun rahat bir təqaüd həyatı yaşaya bilməsi üçün 1 milyon dollardan artıq ianə toplanmasına səbəb olub.

Bambas Meijer adlı supermarketdə tam ştatla, həftədə 40 saat işləməyə məcburdur. Çünki o, 13 il əvvəl təqaüd maaşını itirib.

Avstraliyalı fenomen Samuel Veidenhoferin sosial mediada paylaşdığı videoda danışan yaşlı kişi öz həyat hekayəsini bölüşüb.

Maaşını itirdikdən sonra tibbi xərclərini ödəmək üçün evini və sahib olduğu hər şeyi satmaq məcburiyyətində qalıb. Onun 50 illik həyat yoldaşı Coan isə “xəyal etdiyi təqaüd həyatını yaşamadan” yeddi il əvvəl vəfat edib.

Bambas belə deyib: “Həyat yoldaşım öldükdən sonra evi və digər xərcləri qarşılamaq üçün gəlirim qalmamışdı. Mənə səkkiz saat ayaq üstə dura biləcək gücü verdiyi üçün Allaha şükür edirəm.”

Veidenhofer əvvəlcə Bambasa 400 dollarlıq bir ianə verib, daha sonra onun üçün internetdə yardım kampaniyası başladıb. Kampaniya qısa müddətdə 1 milyon 275 min dolları keçib.

Müğənnilər Çarli Put və Rassell Dikerson da videoya reaksiya verərək ianə etdiklərini açıqlayıblar: “Bu videonun yayılması üçün şərh yazıram. Mən də ianə etdim,” - deyə bildirib.

Fenomen, toplanan məbləğin yerləşdirilməsi üçün etibarlı bir bank hesabı və ya fond yaradıldıqdan sonra bir neçə gün ərzində Bambasa sürpriz şəkildə məlumat verəcəyini deyib.

Video TikTok-da 5 milyon dəfə izlənib, Instagram-da isə 613 mindən çox bəyənmə alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri