Maaşlar 15 faiz artdı: Bu sosial paketin daha da dərinləşəcəyindən xəbər verir
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Maaşlar 15 faiz artdı
Minimum əməkhaqqı artımı daha çox sektorlara müsbət təsir edəcək
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb. Bu barədə Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Millət vəkili Vüqar Bayramov deyib ki, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılması ilə bağlı Prezident Sərəncamı əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq etdi:
"Bu, eyni zamanda il ərzində sosial paketin daha da dərinləşəcəyindən xəbər verir. Minimum əməkhaqqı artımından sonra daha çox sektorlarda maaş artımlarının olacağı gözlənilir. Son Sərəncamın əhatə dairəsinin geniş olması bunu bir daha təsdiq edir. 3 milyon vətəndaşımızı əhatə edəcək beşinci sosial paketin maliyyələşməsinə əlavə olaraq 1.6 milyard manatın ayrılacağı gözlənilir. Bütövlükdə, bu il ərzində dövlət büdcəsindən sosial sahəyə 16.9 milyard manat ayrılacaq".
Baxış sayı:86
Bu xəbər 08 Yanvar 2025 01:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















