Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Bu rayona yeni polis rəisi təyin edildi

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Liqa 1: Marsel darmadağına sevindi

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Maaşlar saata görə hesablanacaq Minimum əmək haqqı isə... Nazirlikdən AÇIQLAMA

Maaşlar saata görə hesablanacaq Minimum əmək haqqı isə... Nazirlikdən AÇIQLAMA

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır.

Nazirliyin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.

"Layihə ilə bağlı yenilik olduğu təqdirdə, bu barədə ictimaiyyətə məlumat veriləcəkdir", - açıqlamada vurğulanıb.

Milli.Az xəbər verir ki, modern.az-ın məlumatına görə, ƏƏSMN-in Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov bildirib ki, Nazirlik tərəfindən mütəmadi olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində qanunvericiliyə dəyişiklik layihələri hazırlanır.

Onun sözlərinə görə, hazırda qanunvericilikdə 200-ə yaxın dəyişikliyi nəzərdə tutan 7 dəyişiklik layihəsi mövcuddur:

"Həmin layihələr üzrə aidiyyəti orqanlarla razılaşdırma mərhələsi prosesi davam edir. Bu layihələrdən biri də saatlıq əməkhaqqının tətbiqi ilə bağlı olan Əmək Məcəlləsinə dəyişiklik layihəsidir. Saatlıq əməkhaqqı sisteminin bütün işçilərə şamil olunması nəzərdə tutulmur".

Şöbə müdiri bildirib ki, qanunvericilik layihələri hazırlanan zaman beynəlxalq təcrübə araşdırılır, eyni zamanda yerli qanunverciliyin tələbləri, işəgötürənlərin və işçilərin qarşılaşdıqları problemlər və uyğunsuzluqlar təhlil edilir və normativ hüquqi akt layihəsi buna uyğun olaraq hazırlanır:

"Tərəfimizdən beynəlxalq təcrübənin araşdırılması zamanı müəyyən edilmişdir ki, 3 formada əməkhaqqı ödəniş sistemi mövcuddur. İlk olaraq aylıq əməkhaqqı, hansı ki, bu gün respublikada bu normadan istifadə olunur. İkincisi, yalnız saatlıq əməkhaqqı tətbiq olunan ölkələrdir ki, bura ABŞ, Böyük Britaniya, Almaniyanı misal göstərə bilərik. Bəzi ölkələr də var ki, bu ölkələrdə saatlıq və aylıq əməkhaqqı sistemlərinin hər ikisi tətbiq olunur. Buna misal olaraq Estoniya, Malaziya, Rumıniya, Ukraynanı misal göstərmək olar. Hətta həftəlik minimum əməkhaqqı tətbiq olunan ölkələr belə mövcuddur".

Şöbə müdirinin sözlərinə görə, aparılmış təhlillər nəticəsində müəyyən ölkəmizdə həm aylıq, həm də saatlıq əməkhaqqı sistemlərinin eyni zamanda tətbiqi uyğun görülüb.

"Aparılmış təhlillər nəticəsində müəyyən etdik ki, ölkəmizdə həm aylıq, həm də saatlıq əməkhaqqı sistemlərinin eyni zamanda tətbiqinin üzərində dursaq, daha yaxşı olar. Layihə bunun üzərində hazırlanıb. Bunun  bütün işə götürənlərə şamil olunması nəzərdə tutulmur. Burada yalnız qısa müddətli və həftəlik iş vaxtı normasının yarısından az işləyən şəxslərə layiqli əməyin təyin edilməsi nəzərdə tutulur. Bərabər, yüksək əməkhaqqının təmin edilməsi məqsədilə saatlıq əməkhaqqı sistemi yalnız dediyim kontingentdən olan şəxslərə tətbiq olunması nəzərdə tutulur. Burada sahələri indidən demək çətindir, amma belə düşünmək olar ki, bu qısamüddətli, bir aydan daha aşağı bağlanan müqavilələr yaxud həftəlik iş vaxtı normasından az işləmə hansı sahələrdə tətbiq olunursa, aid edilə bilər. Misal olaraq mövsümi kənd təsərrüfatında işə cəlb olunan şəxslər, yaxud restoranlardakı ofisiantlar. Hansı ki, müəyyən işi icra etdikdən sonra iş bitmiş sayılır. Bu həm işəgötürənlərdə, həm də işçilərdə əmək münasibətlərində çevikliyi artıracaq. Eyni zamanda əmək məhsuldarlığının artacağını düşünürük. Hazırda Əmək qanunvericiliyində aylıq əməkhaqqından hesablanan saatlıq tarif maaşı deyilən anlayış var. Hansı ki, müəyyən orta aylıq əməkhaqqının hesablanması zamanı istifadə olunur. Amma bizim təklif etdiyimiz layihədə saatlıq əməkhaqqı tətbiq olunan sahələrdə həmin əməkhaqqının miqdarı aylıq əməkhaqqının əsasında müəyyən edilən saatlıq tarif maaşından daha yüksək müəyyən ediləcək"- F.Heydərov qeyd edib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 May 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see198

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see163

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see136

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see131

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see127

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri