Maaşları ala bilməyən ustalar günbəzə ÇIXDILAR
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Türkiyənin Sivas şəhərində tikintisi davam edən Mərkəzi Məscid və Kompleksin tikintisində çalışan mərmər ustaları maaşlarını ala bilmədikləri üçün etiraz aksiyası keçiriblər.
Redaktor.az xəbər verir ki, işçilər pullarının ödənilmədiyini əsas gətirərək məscidin günbəzinə çıxıblar.
Onlar günbəzdən “Yalana-dolana ehtiyac yoxdur, alın tərimizi istəyirik” yazılmış pankart asaraq etiraz ediblər.
Hadisə yerinə polis və yanğınsöndürmə briqadaları cəlb olunub. Etiraz zamanı günbəzdə olan işçilərdən birinin saz çalaraq türkü oxuduğu da müşahidə edilib.
Təxminən iki saat davam edən aksiyadan sonra işçilər razı salınaraq günbəzdən endiriliblər. Daha sonra onların ifadə verməsi üçün polis bölməsinə aparıldığı bildirilib.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 22 May 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















