Icma.az
close
up
RU
Maaşlarla bağlı mühüm xəbər: müddət başa çatır Nələr olacaq?

Maaşlarla bağlı mühüm xəbər: müddət başa çatır Nələr olacaq?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

2026-cı ilin yanvarın 1-dən fiziki şəxslərin gəlir vergisi üçün müəyyən edilmiş güzəşt müddəti başa çatır.

Qeyd edək ki, 2019‑cu ildən tətbiq olunmuş olan özəl sektordakı əməkhaqqılarla bağlı gəlir vergisi güzəşti 7 il müddətinə nəzərdə tutulub. Güzəşt ləğv edilərsə, maaşın müəyyən hissəsinə 14%, daha yuxarı hissəsinə isə 25% gəlir vergisi dərəcəsi tətbiq ediləcək.

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, özəl sektora tətbiq edilən vergi güzəşti həm formaca, həm də məzmunca uğursuz idi:

“Onun qeyd edilən məqsədlərə çatması real görünmürdü, çünki güzəşt mexanizmi səriştəsiz şəkildə hazırlanmışdı. Güzəştin ləğvi isə əlavə çətinliklər yaradaraq işçilərin real gəlirlərinin azalmasına, əməkhaqqı fondunda vergi yükünün artmasına, nəticədə özəl sektorun fəaliyyətinin ağırlaşmasına gətirib çıxarır. Nəticə etibarilə, məhsulların maya dəyəri artır, əhalinin sosial vəziyyəti isə pisləşir. Dünyada çoxpilləli proqressiv gəlir vergisi sistemi tətbiq olunur, lakin Azərbaycanda mərhələ sayı az olduğuna görə bu, yetərincə yenilikçi deyil. Gəlir vergisinin aylıq deyil, illik qaydada hesablanması daha məqsədəuyğun olardı. Çünki insanların gəlirləri aylar üzrə dəyişkən ola bilər. Əslində, bu, gəlir vergisi adlanır, amma mahiyyət etibarilə maaş vergisidir. Məsələn, şəxs bir neçə yerdə işləyirsə, hər yerdə sanki onun yeganə gəlir mənbəyi kimi vergi tutulur. Halbuki, bütün gəlirlər cəmlənərək yekun məbləğə uyğun olaraq proqressiv dərəcə tətbiq edilməlidir. Təəssüf ki, bu yanaşma hazırda mövcud deyil”.

Elçin Rəşidov

İqtisadçı bildirib ki, gəlir vergisi illik olarsa, müəyyən üstünlükləri ola bilər:

“Bəzi sosial xərclər – təhsil, səhiyyə, uşaq baxımı vergidən azad edilə bilər. Bu, həm insanların öz inkişafına investisiya qoymasını təşviq edər, həm də cəmiyyətin savad səviyyəsini və sosial rifahını artırar. Dünyada geniş tətbiq olunan bu praktika Azərbaycanda hələ həyata keçirilmir. Bundan əlavə, neft sektoru yüksək gəlir vergisinə cəlb edilməli, qeyri-neft sektorunda isə mütərəqqi və texnoloji sahələrə vergi güzəştləri tətbiq olunmalıdır. Hazırda vəziyyət əksinədir: neft sektoru vergidən azaddır, kənd təsərrüfatı sektoru həm vergidən azad edilir, həm də subsidiya alır. Bu, iqtisadi prioritetlərin yanlış istiqamətə yönəldilməsinə səbəb olur və ölkənin yüksək texnologiyalı sahələrə keçidini ləngidir”.

Ekspert qeyd edib ki, gəlir vergisində daha aşağı, diferensial və selektiv dərəcələrin tətbiqi zəruridir:

“Xüsusilə startaplar və inkişaf potensialı olan sahələr üçün bu, əsas prioritet olmalıdır. Hazırkı sistem isə iqtisadi maraqlardan çox vergi orqanlarının yığımı asanlaşdırmaq məqsədi ilə qurulub. Təəssüf ki, bu sahədə də kiçik qrupların maraqları ümumi iqtisadi maraqlardan üstün tutulur və vergi siyasəti məhz həmin dar qrupun maraqlarına xidmət edir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri