Macar Milli Muzeyində Attila sərgisi açılıb
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
Macarıstan Milli Muzeyində Hun hökmdarı Attilanın tarixi şəxsiyyəti və irsinə həsr olunmuş “Attila” adlı beynəlxalq sərginin rəsmi açılış mərasimi keçirilib. Son illərin ən genişmiqyaslı mədəni layihələrindən biri sayılan sərgi 13 ölkədən 64 muzeyin iştirakı ilə hazırlanıb və təxminən 400 nadir eksponatı bir araya gətirir.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Macarıstanın mədəniyyət və innovasiya naziri Hankо Balaj, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, eləcə də Azərbaycan, Qazaxıstan və Türkiyənin Macarıstandakı səfirləri və çoxsaylı rəsmi şəxslər iştirak ediblər. Çıxış edənlər Attilanın Şərq və Qərb arasında tarixi körpü rolunu vurğulayıblar.
Sultan Raev sərgini ortaq tarixi yaddaşın canlı ifadəsi adlandıraraq, Attila irsinin xalqları birləşdirən dəyər daşıdığını bildirib. Sərgidə Azərbaycan, Orta Asiya və Avropadan gətirilmiş bəzək əşyaları, silahlar və mərasim predmetləri nümayiş olunur. Sərgi 12 iyul 2026-cı ilədək ziyarətçilər üçün açıq olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 23 Yanvar 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















