Icma.az
close
up
RU
Macarıstan Aİ də Türk Dövlətləri Təşkilatının layiqli təmsilçisidir

Macarıstan Aİ də Türk Dövlətləri Təşkilatının layiqli təmsilçisidir

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Mühafizəkar Xristian klubunu xatırladan Avropada müstəqil siyasət yürüdən Macarıstan Azərbaycana çox yaxındır. Bu yaxınlıq özünü ölklərimizin ərazisi, əhalisinin sayı, tarixi kökləri baxımından daha çox göstərir.

Macarıstan tarixi köklərinə ehtiramın nəticəsi olaraq da Türk Dövlətləri Təşkilatında təmsilçilik siyasətini nümayiş etdirir.

Qarşılıqlı münasibətlərimizə toxunan prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Macarıstan və Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur.

Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır.

Ölkəmizin Macarıstanla dostluq münasibətləri etibarlı sosial mənəvi və iqtisadi münasibətlərimizin də əsasını təşkil edir. Hazırda Macarıstan şirkətləri ölkəmizin iki əsas neft-qaz layihəsində -“Azəri-Çıraq -Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. Gələn ilin əvvəlində bağlanması nəzərdə tutulan kontraktla ölkəmizin qurudakı neft-qaz yataqlarında Macarıstan şirkəti də fəaliyyətə başlayacaq.

Məlumdur ki, keçən ildən Macarıstana təbii qaz ixrac edirik, hətta onların tələbatı səviyyəsində qaz təminatı aparırıq. Yeri gəmişkən, ölkəmiz bu gün 12 ölkəyə təbii qaz ixrac edir.

Bu günlərdə Türk Dövlətləri Təşkilatının Macaarıstanda keçirilən zirvə toplantısındakı çıxışında bu məsələyə toxunan dövlətimizin başçısı bildirib ki,”neft ixrac etdiyimiz ölkələrin 10-u Avropa ölkəsi, onlardan da 8-i Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla “yaşıl enerji” üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Yəni bu, reallaşacaq layihələrdir. Təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır”.

Macarıstanın da Azərbaycan kimi müstəqil siyasət aparan nadir ölkələrdən biri olduğuna toxunan İlham Əliyev deyib ki, Macarıstanı bütün əldə edilmiş uğurlar münasibətilə təbrik edib:

“Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq, siyasi iradə və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var...”

Beləliklə, Macarıstanın türkdilli xalqlarla strateji əməkdaşlığı onun Avropada sosial-iqtisadi və siyasi gücə çevrilməsinə təkan verməklə, onun beynəlxalq mövqeyini də xeyli gücləndirin. Bu, özlüyündə həm də Türk Dövlətləri Təşkilatının Avrasiya ulduzu olaraq gələcək nüfuzuna da güclü işarədir.

Heç təsadüfi deyil ki,Macarıstanın ev sahibliyi etdiyi bu görüş beynəlxalq siyasi arenanın gündəminə çevrilib.

Həsən Bayramov,

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, İcmanın Binəqədi rayon Nümayəndəsi, Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının müdiri, Pedaqoji elmlər doktoru,professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki

Bakıvaxtı.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 May 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri