Macarıstan Aİ də vetonu geri götürdü Azərbaycanla bağlı tələbin taleyi məlum deyil
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Macarıstan Avropa Birliyinin (AB) Ermənistana verdiyi 20 milyon avroluq (23,8 milyon dollar) hərbi yardımı təsdiqləyib.
Bakupost.az-ın məlumatına görə, AB-nin xarici siyasət rəhbəri Kaja Kallas bu təklifi bir il əvvəl irəli sürmüşdü və qüvvəyə minməsi üçün 27 üzv ölkənin yekdil razılığı tələb olunurdu. Macarıstan bu təklifə qarşı Azərbaycana da eyni miqdarda yardım ayrılması tələbi ilə çıxış etmişdi.
AB əvvəllər, 2024-cü ilin iyulunda, Ermənistana ilk 10 milyon avro dəyərində hərbi yardım ayırmışdı. Bu vəsait hərbi hospital və bölük tipli hərbi bölmələrə əlavə infrastruktur yaratmaq üçün istifadə olunmuşdu. Yeni vəsait də oxşar məqsədlər üçün nəzərdə tutulub.
Budapeşt dünən Brüsseldə keçirilən AB Şurasının iclasında vetosunu geri götürüb. Amma Macarıstanın Azərbaycanla bağlı tələbənin taleyi məlum deyil.
Macarıstan bəzi AB ölkələrindən fərqli olaraq Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tərəfində olmuşdu. Bundan başqa rəsmi Budapeşt 2023-cü ilin sentyabrında AB üzvlərinin Azərbaycan hərbi əməliyyatlarını qınayan bəyanatına veto qoymuşdu.
Ramin Səfərovun Azərbaycana qaytarılmasından sonra 2012-ci ildə Ermənistan Macarıstanla diplomatik münasibətləri dondurmuşdu. Paşinyan hökuməti 2022-ci ildə əlaqələri bərpa edib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Macarıstan millisinin Azərbaycanla oyun üçün HEYƏTİ
20 May 2025 16:29
Azərbaycanla Macarıstan arasında hərbi əməkdaşlıq... Video
06 May 2025 18:12
Macarıstan millisi Azərbaycanla oyunda yenilik edəcək
05 İyun 2025 18:22
Macarıstan Aİ dən çıxmaq niyyətində deyil
15 Dekabr 2025 10:14
Baş nazir: Macarıstan Azərbaycanla təkcə dost deyil, həm də strateji tərəfdaşdır
07 Oktyabr 2025 14:59
Baxış sayı:61
Bu xəbər 29 Yanvar 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















