Macarıstan Avropa İttifaqının sanksiyalarını bloklaya bilər
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Budapeşt, 22 fevral, AZƏRTAC
Macarıstan Hökuməti enerji məsələləri ilə bağlı yeni açıqlama yayıb.
AZƏRTAC-ın məlumatına görə, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, ölkəsi Rusiyaya qarşı Avropa İttifaqının növbəti sanksiyalar paketini bloklaya bilər. Bunun səbəbi Ukrayna ərazisindən keçən “Drujba” neft kəməri ilə Macarıstana neft nəqlinin dayandırılmasıdır.
Nazirin sözlərinə görə, Ukrayna Macarıstana neft tranzitini bərpa etməyənə qədər Budapeşt Kiyevin maraqları üçün vacib qərarların qəbulunu dəstəkləməyəcək. Bu mövqe ölkənin Enerji Təhlükəsizliyi Şurasının iclasından sonra açıqlanıb. Məlumata görə, Rusiya neftinin Macarıstana və Slovakiyaya tədarükü yanvarın sonunda dayandırılıb və bu, regionda enerji təhlükəsizliyi ilə bağlı gərginliyi artırıb.
Macarıstan Hökuməti hesab edir ki, tranzitin bərpası ölkənin enerji təminatı üçün vacibdir. Məsələ Avropa İttifaqında da müzakirə olunur və yaxın günlərdə diplomatik danışıqların davam edəcəyi gözlənilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 22 Fevral 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















