Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Elmar Allahverdiyevə yeni vəzifə verildi

Macarıstan Avropa məkanında Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir

Macarıstan Avropa məkanında Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


“35 ilə yaxın diplomatik münasibətləri olan Azərbaycan və Macarıstan bu gün bütün sahələrdə effektiv əlaqələr qurur, istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində bir-birini dəstəkləyir, dostluq, əməkdaşlıq münasibətlərinə sadiqliq nümayiş etdirir. Bu gün Macarıstan Avropa məkanında Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir deyə bilərik. Ümumiyyətlə, iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu 1992-ci ilin aprel ayının 27-dən etibarən Budapeştlə Bakı arasında hər hansı gərginlik, inciklik müşahidə edilməyib. Əksinə, iki ölkə arasında əlaqələr hər ötən gün, hər dəfə ölkə rəhbərləri səviyyəsində baş tutan səfərlər zamanı daha da irəli gedib, inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu günlərdə reallaşan Macarıstan səfəri də Budapeşt-Bakı əməkdaşlığında yeni bir mərhələ, əlavə imkanların meydana çıxması baxımından əhəmiyyətli olacaq”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macaeıstana səfərini şərh edərkən səsləndirib. İctimai birlik sədri deyib ki, Macarıstanla Azərbaycan arasında siyasi bağların möhkəm olması eyni zamanda iqtisadi sahədə də səmərəli əməkdaşlıqm imkanları yaradır, iki ölkənin iqtisadi-ticari əlaqələrini genişləndirir. İqtisadiyyatın müxtəlif sahələrində bu əməkdaşlığa rast gəlindiyini deyən Arzuman Muradlı bildirib ki, xüsusilə enerji sahəsində əlaqələr diqqət çəkir:
“Xüsusilə, Rusiya-Ukrayna müharibəsindən sonra bu sahədə əməkdaşlıq özünü daha qabarıq şəkildə göstərir. Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra Moskvanın qitə ölkələrinə qaz satışında sərt tədbirlərə əl atması Azərbaycan qazına olan tələbatı artırıb. Bu tələbat Macarıstanda da hiss edilir və Budapeşt bu gün Azərbaycan qazının alıcısı olan əsas Avropa ölkələrindən biridir. Bundan başqa Macarıstan “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində də Azərbaycanla yaxından əməkdaşlıq edir. Layihə çərçivəsində nazirlərin Məşvərət Şurası çərçivəsində hər il Bakıda keçirilən görüşdə Macarıstan ən yüksək səviyyədə iştirak edir. Paralel olaraq Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığa dair sazişlə əlaqədar bu ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi ilə bağlı layihənin icrası istiqamətində işlər uğurla davam edir. Bununla yanaşı Macarıstanın MOL şirkəti Bakı-Tbilisi-Ceyhan əsas neft kəmərinin 11 səhmdarından biridir və burada 8,9 faizlik iştirak payına malikdir. Bir sözlə iki ölkə arasında cox güclü və dərin iqtisadi əlaqələr mövcuddur”.
Arzuman Muradlı əmin olduğunu bildirib ki, bu kimi səfərlər Budapeştlə Bakı arasında iqtisadiyyatın digər sahələri, qeyri-neft sektorunda da əlaqələrin inkişafına imkan yaradacaq.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 May 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see404

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see130

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

05 Yanvar 2026 17:24see126

Elmar Allahverdiyevə yeni vəzifə verildi

05 Yanvar 2026 17:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri