Macarıstan BMT dən Ukraynadakı silah arsenallarına nəzarət etməyi xahiş edib
Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Macarıstanın xarici işlər naziri Peter Siyarto BMT-nin münaqişə zamanı Ukraynada toplanmış külli miqdarda silaha nəzarət mexanizmi yaratmalı olduğu fikrini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "X" sosial hesabında bildirib.
Siyarto vurğulayıb ki, Macarıstan onun bilavasitə yaxınlığında böyük silah ehtiyatlarının nəzarətsiz yığılması riski ilə yaşamaq istəmir.
“Buna görə də biz BMT-nin Ukraynada müharibə başa çatdıqdan sonra külli miqdarda silahın taleyi ilə bağlı məsələnin etibarlı həllini təmin edəcək mexanizmin işə salınmasını gözləyirik”, - nazir yazıb.
O əlavə edib ki, BMT baş katibinin müavini ilə bu məsələ ilə bağlı məsləhətləşmələri ona nikbinlik verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 25 Fevral 2025 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















