Macarıstan klubunun futbolçusu: “Qarabağ” düşünülmüş hücumlar qururdu
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ” oyunu çox yaxşı idarə etdi".
İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Macarıstanın "Ferensvaroş" komandasının futbolçusu Kallum O'Douda UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a (iki oyunun nəticəsi 4:5 ) uduzaraq mübarizəni dayandırdıqları oyun barədə danışarkən deyib.
O, Ağdam təmsilçisinin futbolçularının güclü və texniki cəhətdən üstün olduqlarını bildirib: “Buna görə də müdafiədə biz daha diqqətli olmalıydıq. “Qarabağ” həqiqətən layiqli şəkildə oynadı, onlar hər şeyi düşünmüşdülər. Topu çox sürətli və ağıllı şəkildə hərəkət etdirirdilər, düşünülmüş hücumlar qururdular. Rəqibi çox analiz etmişdik, amma fərdi olaraq oyunçular güclü idi. Onlar həm yerli liqada, həm də Avropada yaxşı performans sərgiləyirlər. “Qarabağ” yaxşı komandadır”.
İrlandiya millisinin 30 yaşlı yarımmüdafiəçisi komandasının gələcək hədəflərindən də söz açıb: “Mübarizəmizi Avropa Liqasında davam etdirəcəyik. Bu turnir bizim üçün önəmlidir və artıq ora köklənməliyik”.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 28 Avqust 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















