Macarıstan Rusiya neftindən imtina edə bilməz:Magyar
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Drujba" boru kəməri ilə Rusiya neftinin tədarükü Macarıstan üçün son dərəcə vacibdir və Budapeşt ümid edir ki, Ukrayna aprelin sonuna qədər vəd etdiyi kimi fəaliyyətini bərpa edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu 12 aprel parlament seçkilərində qalib gələn Macarıstanın "Tisza" partiyasının lideri Peter Magyar bildirib.
"Bu, çox vacibdir və Macarıstan indi sadəcə bundan imtina edə bilməz", - deyə o, "Kossuth" radiosunda çıxış edərkən deyib.
Magyar Ukrayna prezidenti Volodimir Zelenski ilə bu barədə müzakirə etmək üçün vaxtının olub-olmadığı ilə bağlı suala cavab olaraq hələ bunu etmədiyini bildirib:
"Mən hələ baş nazir olmamışam. Baş nazir Viktor Orbanın onunla danışmaq üçün hər cür imkanı və hüququ var", - Tisza lideri bildirib.
Qeyd edək ki, onun may ayının əvvəlində keçiriləcək yeni parlamentin ilk iclasında Macarıstan hökumətinin başçısı seçiləcəyi gözlənilir.
Anar
Bu mövzuda digər xəbərlər:Macarıstan Rusiya qazından və neftindən imtina etməyəcək
04 İyul 2025 13:45
Macarıstan Rusiya neftindən və qazından imtina etməyəcək
22 İyul 2025 14:33
Macarıstan Rusiya neftindən İMTİNA EDİB? Baş nazir açıqladı
02 Oktyabr 2025 08:54
Macarıstan Rusiya neftindən və qazından imtina etməyə hazırlaşır
04 Noyabr 2026 15:11
Macarıstan rus neftindən imtina etməyəcək Siyarto
23 Sentyabr 2025 13:40
Baxış sayı:102
Bu xəbər 15 Aprel 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















