Icma.az
close
up
RU
Macarıstan Rusiyadan Aİ yə maye qaz tədarükünün qadağan olunması ilə razılaşıb

Macarıstan Rusiyadan Aİ yə maye qaz tədarükünün qadağan olunması ilə razılaşıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Macarıstan Avropa Komissiyasının 2027-ci ilin yanvarından etibarən Rusiyadan Avropa İttifaqına (Aİ) maye qazın idxalına tam qadağa qoyulmasını nəzərdə tutan 19-cu sanksiyalar paketinə qarşı çıxmayacaq.

AZƏRTAC xəbər verir ki, “EUObserver” portalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata əsasən, Budapeşt əvvəllər özü üçün istisna tələb edərək Rusiyadan qaz idxalını davam etdirmək niyyətində olub. Lakin Aİ ölkələrinin səfirləri səviyyəsində keçirilən görüşdə Macarıstan nümayəndəsi embarqo təklifinə qarşı çıxmayıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, hazırda 19-cu sanksiyalar paketinin qəbuluna əsas maneə Slovakiya və Avstriyanın mövqeyidir. Lakin Bratislavanın ya Avropa İttifaqının oktyabrın 20-də keçiriləcək Xarici İşlər Nazirləri Şurasına, ya da oktyabrın 23-də təşkil olunacaq sammitinədək kompromisə getmək ehtimalı var. Avstriya isə “Raiffeisen” bankına köçürülməsi planlaşdırılan 2 milyard avroluq dondurulmuş Rusiya aktivlərinin açılması üçün “xüsusi istisna” tələbini davam etdirir. Bu, bütövlükdə 19-cu sanksiyalar paketinin bloklanmasına səbəb ola bilər.

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri oktyabrın 20-də Rusiyadan karbohidrogen resurslarının tədarükü ilə bağlı tam qadağa məsələsini və Moskvaya qarşı yeni sanksiyalar paketini müzakirə edəcəklər.

Xatırladaq ki, bundan öncə Macarıstan və Slovakiya 2028-ci ildən sonra da Rusiyadan yanacaq idxalını davam etdirmək hüququ almayanadək 19-cu sanksiyalar paketini qəbul etməyəcəklərini bildirmişdilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri