Macarıstan Rusiyadan neft tədarükünü dayandırdı Nazir Ukraynanı ittiham edir
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Macarıstanın Xarici işlər naziri Peter Siyarto bildirib ki, Rusiyadan ölkəyə neft tədarükü neft kəmərinə edilən hücum səbəbindən dayandırılıb. Nazir qeyd edib ki, “Kiyev yenidən infrastrukturu hədəf alıb”, bu isə Budapeştin enerji təhlükəsizliyinə növbəti zərbədir.
Siyarto hücumun dəqiq vaxtı və yerini açıqlamayıb. O, Rusiyanın Energetika Nazirliyinin müavini Pavel Sorokinə istinad edərək bildirib ki, kəmərin işləməsini təmin edən transformator stansiyası bərpa olunur, lakin neft tədarükünün nə vaxt bərpa ediləcəyi məlum deyil.
Nazir həmçinin vurğulayıb ki, Budapeştin Moskva və Kiyev arasındakı müharibə ilə heç bir əlaqəsi yoxdur. “Ukrayna qərarvericilərinə xatırlatma: Macarıstandan gələn elektrik ölkənizin enerji təminatı üçün həyati önəmlidir”, – deyə Siyarto X sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, 13 avqustda Siyarto Ukraynanın pilotsuz təyyarəsi tərəfindən Bryansk vilayətindəki əsas paylayıcı stansiyaya hücum barədə məlumat vermişdi. Yerli hakimiyyət orqanları xəbər verib ki, HIMARS raketləri və pilotsuz uçuş aparatları ilə kombinə olunmuş zərbə nəticəsində Uneça rayonundakı yanacaq infrastrukturunda yanğın baş verib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 18 Avqust 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















