Macarıstan Rusiyadan neft və qaz idxalına qadağanı Avropa Məhkəməsində mübahisələndirəcək
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Macarıstan və Slovakiya Avropa Komissiyasının gələn həftə Aİ ölkələrinin səsverməsinə çıxarmağı planlaşdırdığı Rusiyadan neft və qaz tədarükünə qadağa qərarını Aİ Məhkəməsində mübahisələndirməyə hazırlaşır.
APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.
Onun sözlərinə görə, Brüsselin belə bir qadağanı səsverməyə çıxarmaq niyyəti həm Macarıstanın, həm də Slovakiyanın etibarlı enerji təchizatını mümkünsüz edəcək və qiymətlərin kəskin artmasına səbəb olacaq.
“Brüssel gələn həftə Rusiyadan neft və təbii qazın Avropaya idxalına qadağa qərarını səsverməyə çıxarmaq istəyir. Bu diktat ölkəmizin və Slovakiyanın enerji təhlükəsizliyini tamamilə pozacaq və qiymətlərin kəskin yüksəlişinə gətirib çıxaracaq”, – Siyarto Facebook hesabında yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 Dekabr 2025 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















