Macarıstan Ukrayna ordusunun komandirinə Şengen zonasına girişi qadağan edib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Macarıstan Ukrayna ordusunun “Drujba” boru xəttinə hücuma görə məsuliyyət daşıyan hərbi birləşməsinin komandirinə Macarıstana və ümumilikdə Şengen zonasına daxil olmağı qadağan edib.
APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün “X” hesabında məlumat verib.
“Ukraynanın hücumu Macarıstanın suverenliyinə edilmiş hücum idi. Bu bizim enerji təhlükəsizliyimizi təhlükəyə məruz qoyur və az qala bizi strateji enerji ehtiyatlarımızdan istifadə etməyə vadar edir. Ukrayna yaxşı bilir ki, “Drujba” boru xətti Macarıstan və Slovakiyanın enerji təminatı üçün həyati əhəmiyyət daşıyır. Bu cür hücumlar Rusiyadan daha çox bizə ziyan vurur. Bizim enerji təhlükəsizliyimizə və suverenliyimizə hücum edən istənilən tərəf bu əməlin nəticələrinin intizarında olsun”, - Peter Siyarto xəbərdarlıq edib.
Qeyd edək ki, bundan əvvəl də Ukrayna ordusu “Drujba” boru xəttini hədəf almışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 28 Avqust 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















