Macarıstan Ukraynanın hücumu səbəbindən Rusiya neftinin tədarükünün dayandırıldığı bildirilib
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
Rusiya neftinin Macarıstana tədarükü Ukraynanın neft kəmərinə hücumu səbəbindən dayandırılıb.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto X sosial şəbəkəsində etdiyi paylaşımında qeyd edib.
"Ukrayna Macarıstana gedən neft kəmərinə yenidən hücum etdi. Bu, nəqlin dayandırılmasına səbəb oldu," – deyə o bildirib.
Nazir qeyd edib ki, Macarıstanı təmin edən enerji infrastrukturuna edilən zərbələr yolverilməz və qəbuledilməzdir. O, əlavə edib ki, Rusiya tərəfi boru kəmərinin təmirinə başlayıb, lakin işlərin nə vaxt başa çatacağı hələ məlum deyil: "Ukraynalı qərar qəbul edənlərə xatırlatma: Macarıstandan alınan elektrik ölkənizin enerji təchizatında mühüm rol oynayır".
Bundan əvvəl Macarıstan Ukraynanın Bryansk vilayətindəki “Drujba” neft kəmərinin paylayıcı qovşağına endirdiyi zərbəni pisləmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 Avqust 2025 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















