Macarıstan Ukraynaya hərbi yardımın artırılmasına qarşı çıxacaq
Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Brüsselə hərbi əməliyyatları dəstəkləməyə yönəlmiş təkliflərə qarşı çıxmaq və sülh danışıqlarının uğuruna töhfə vermək üçün gedirik”
Macarıstan Avropa İttifaqının (Aİ) dəstəyi çərçivəsində Ukraynaya hərbi yardımın müddətinin uzadılmasına qarşı çıxacaq. Çünki bu, İttifaqın vergi ödəyicilərinə çox baha başa gəlir. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Biz Brüsselə hərbi əməliyyatları dəstəkləməyə yönəlmiş təkliflərə qarşı çıxmaq və sülh danışıqlarının uğuruna töhfə vermək üçün gedirik”, - Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Siyarto əlavə edib ki, Ukrayna ilə bağlı sülh danışıqları aparmaq istəmədiyinə görə Avropa İttifaqı faktiki olaraq beynəlxalq təcrid vəziyyətinə düşüb.
Daha əvvəl “Politico” jurnalı yazıb ki, ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar zamanı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdən imtina etməsi yeni geosiyasi şəraitdə bu cür tədbirlərdən imtina edə biləcək Avropa İttifaqına da təsir edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 17 Mart 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















