Icma.az
close
up
RU
Macarıstan Ukraynaya təzyiq göstərilməsini tələb edir Detallar məlum oldu

Macarıstan Ukraynaya təzyiq göstərilməsini tələb edir Detallar məlum oldu

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Macarıstan Rusiya neftinin Avropa İttifaqı (Aİ) ölkələrinə tranzitini qorumaq və Ukrayna ilə qaz tranziti haqqında dialoq aparmaq üçün Ukraynaya təzyiq göstərilməsini tələb edir. Bu şərtlər, Macarıstanın Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılmasını dəstəkləməsi ilə əlaqələndirilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun Avropa üzrə redaktoru Rikard Cozvyak və The Wall Street Journal jurnalisti Lourens Norman yazıb.

Cozvyakın məlumatına görə, Macarıstan, Aİ-dən Ukraynadan Avropa İttifaqı ölkələrinə boru kəməri ilə neft tranzitinin davam etdirilməsinə dair "zəmanətlərin" alınmasını tələb edir. 

"Əsas məqam (hələ təsdiqlənməyib) ondan ibarətdir ki, Aİ Ukraynadan boru kəməri vasitəsilə neftin Avropa İttifaqına çatdırılması üzrə zəmanət verməsini istəyəcək. Bu, Macarıstanın Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinə razılıq verməsi üçün şərtdir", - deyə o bildirib.

Lourens Norman layihə bəyanatından bəzi məqamları qeyd edib. Layihədə Avropa Komissiyasının (AK) Ukrayna ilə beynəlxalq öhdəliklər çərçivəsində Avropaya təbii qazın tranzitinin davam etdirilməsi üçün müzakirələrə hazır olduğu bildirilir. Bu prosesə Macarıstan və Slovakiyanın da cəlb olunacağı gözlənilir.

Eyni zamanda, layihədə Aİ-nin Ukraynadan Avropa İttifaqına boru kəməri vasitəsilə neft tədarükünü davam etdirmək üçün zəmanətlər almasını tələb etməsi də vurğulanır. 

Əvvəllər mediada yayılan məlumata görə, Macarıstan, "enerji təhlükəsizliyi" ilə bağlı narahatlıqlarını nəzərə alan Aİ bəyanatı müqabilində Rusiyaya qarşı sanksiyaların daha altı aylıq müddətə uzadılmasına razı olub.

Keçən həftə Macarıstanın Baş naziri Viktor Orban Ukraynanı qaz məsələsində macarları "aldatmağa çalışmaqda" ittiham edib və Aİ-dən Kiyevi "ventilləri açmağa" məcbur etməsini tələb edib. 

Polşanın Baş naziri Donald Tusk isə Orbanın sanksiyaların uzadılmasını bloklayacağı təqdirdə "Putinin komandasında oynadığını" göstərəcəyini bəyan edib.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri