Icma.az
close
up
RU
Macarıstanda 1500 dən çox azərbaycanlı tələbə təhsil alır

Macarıstanda 1500 dən çox azərbaycanlı tələbə təhsil alır

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Macarıstanda 1500-dən çox azərbaycanlı tələbə təhsil alır.

Gununsesi.info xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda Macarıstanın Milli Günü və 1956-cı il inqilabının ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

O qeyd edib ki, tələbələrin bir çoxu “Stipendium Hungaricum” Təqaüd proqramının sahibləridir:

“Azərbaycanda qısamüddətli mobillik proqramlarına qoşulan macar tələbələrin sayı artır. Universitetlər arasında əlaqələr dinamik şəkildə inkişaf edir və biz bu əməkdaşlıqda yüksək potensial görürük. Mədəniyyət sahəsində əməkdaşlığımız sərgilərə qoşulmaqdan tutmuş kino sənayesindəki layihələrə qədər getdikcə daha çox sahələri əhatə edir”.

Diplomat qeyd edib ki, macarlar özlərini Avropanın mərkəzində min ildən artıq xristian adət-ənənələrinə və dövlətçiliyinə malik bir millət kimi, türk xalqları ilə ortaq köklərə və qohumluq şüuruna malik bir xalq kimi görürlər:

“Macarıstanın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi kimi daxil olması bu unikal kimliyinin siyasi ifadəsidir. Türk dünyası ilə institusional əlaqələri olan yeganə Aİ-yə üzv dövlət kimi TDT-nin işində fəal iştirakımız, o cümlədən bu il Prezident İlham Əliyevin Budapeştdə keçirilən TDT-nin qeyri-rəsmi Zirvə Görüşündə iştirakı və Macarıstan Baş naziri Viktor Orbanın Qəbələdə TDT-nin rəsmi Zirvə Görüşündə bu yaxınlarda iştirakı Şərq-Qərb əməkdaşlığına nəzərəçarpacaq töhfədir”.

T.Torma vurğulayıb ki, Azərbaycanla Macarıstanı yüksək ikitərəfli əlaqələr və çoxşaxəli əməkdaşlıqdan başqa, sülhə dair ümumi baxışlar da birləşdirir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Oktyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri