Icma.az
close
up
RU
Macarıstanda Azərbaycan diasporu haqqında məqalə çıxıb

Macarıstanda Azərbaycan diasporu haqqında məqalə çıxıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Macarıstanın nüfuzlu “Daily News Hungary” xəbər saytında “Azərbaycan diasporunun fəaliyyəti müasir kommunikasiya və rəqəmsal diplomatiya fonunda” başlıqlı məqalə dərc olunub. 

Məqalədə Azərbaycan diasporunun öz fəaliyyətində müasir rəqəmsal kommunikasiya imkanlarından istifadəsindən bəhs olunur.

Həmin məqalənin Azərbaycan dilinə tərcüməsini oxuculara təqdim edirik:

Azərbaycan diasporunun fəaliyyəti müasir kommunikasiya və rəqəmsal diplomatiya fonunda 

Sürət, ictimai iştirakçılıq və şəffaflıq müasir kommunikasiya və rəqəmsal diplomatiyanın vacib şərtlərindəndir. Bu gün dünyada rəqəmsallaşmanın əhatə dairəsinin sürətlə genişlənməsi, informasiya texnologiyalarının inkişafı, sosial media və rəqəmsal platformaların təsirinin artması diaspor fəaliyyətinə də yeni məzmun və forma qazandırır. 

Diasporla İş üzrə Dövlət Komitəsi hazırda 70-dən çox ölkədəki soydaşlarımızla, onların birləşdiyi 500-dən artıq diaspor təşkilatı ilə işləyir. Azərbaycan dövlətinin xarici siyasət prioritetləri ilə uzlaşaraq milli maraqların müdafiəsinə xidmət edən diaspor təşkilatları bu gün rəqəmsal platformalarda birləşir, daha sürətli informasiya yaymaq, tədbirlər təşkil etmək və beynəlxalq auditoriya ilə birbaşa əlaqə qurmaq imkanlarından yararlanırlar. Ölkəmizin önəmli günlərində müxtəlif rəqəmsal platformalar üzərindən onlayn kampaniyalar təşkil olunur, dezinformasiyalara operativ cavablar hazırlanır, tarixi həqiqətlərimiz, milli-mədəni dəyərlərimiz geniş təbliğ edilir, xarici ekspert və siyasətçilərlə sistemli kommunikasiya qurulur. 

Diaspor təşkilatlarının və üzvlərinin rəqəmsal platformalar, sosial şəbəkələr (Facebook, X, Instagram, YouTube və s.) üzərindən təşkil etdikləri onlayn konfranslar və vebinarlar  informasiyanın operativ yayılmasına, beynəlxalq ictimai rəyə vaxtında və güclü təsir etməyə imkan verir. 

Bir faktı yada salaq ki, xaricdəki Azərbaycan icmaları 2020-ci ildə Vətən  müharibəsi zamanı rəqəmsal platformalarda güclü şəkildə birləşərək petisiyalar və kampaniyalar təşkil edib, xarici parlamentarilər və ekspertlərlə yaxşı əlaqə qurub, virtual tədbirlər vasitəsilə ictimai diplomatiya həyata keçirib, beynəlxalq mediada balanslı mövqe formalaşdırmağa çalışıblar. Bu prosesdə soydaşlarımız hədəf auditoriyalarını doğru seçməyə, hər təbəqəyə uyğun kommunikasiya dili istifadə etməyə xüsusi diqqət ediblər. 

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən bir sıra layihələr soydaşlarımızı vahid platformalara yönəldir, onlara vacib olan informasiyaları mərkəzləşdirir. Prezident İlham Əliyevin dünya azərbaycanlılarının ana dilini bilməsi ilə bağlı tövsiyələrini rəhbər tutan xaricdə yaşayan soydaşlarımız, xüsusilə 3-cü, 4-cü nəsil diaspor ana dilini öyrənmək məqsədilə “Milli Dilli” onlayn təhsil platformasında birləşir. Xaricdəki azərbaycanlı şagird və müəllimləri birləşdirən platforma müasir kommunikasiya vasitələrinin köməyi ilə məsafədən təhsil imkanlarını daha da artırır, soydaşlarımızı dil bilgilərinin toplandığı qlobal şəbəkənin istifadəçisinə çevirir. 

Bununla yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə yaradılan “Qarabağ” onlayn həftəsonu məktəbləri də müasir kommunikasiya üsullarından istifadə edərək yüzlərlə azərbaycanlı uşaq və gəncin, eləcə də xaricilərin Azərbaycan dilini öyrənməsinə şərait yaradır və dil bilgilərinin mərkəzləşdirilməsini təmin edir. 

Başqa bir fakta diqqət edək. Xarici ölkələrdəki diaspor təşkilatları, Azərbaycan evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri və ayrı-ayrı diaspor nümayəndələri Xocalı soyqırımının 34-cü ildönümündə “Justice For Khojaly” (“Xocalıya ədalət”) kampaniyası çərçivəsində 34 ölkənin 71 şəhərində 80-dən çox tədbir həyata keçirib və müasir kommunikasiya üsullarından istifadə edərək dünya ictimaiyyətini məlumatlandırıblar.

Soydaşlarımız Azərbaycanla bağlı xarici dillərdə kitabların, sənədli filmlərin, məqalələrin hazırlanmasını təşkil edir, xarici ictimai rəyin formalaşmasına təsir imkanlarının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görür, rəqəmsal platformalarda beynəlxalq hüquq normalarına əsaslanan sübut bazasının formalaşdırılmasında fəal iştirak edirlər.

Sistemli koordinasiya, peşəkar yanaşma və müasir rəqəmsal kommunikasiya vasitələrinin tətbiqi sahəsindəki əsas prioritetləri rəhbər tutan Diasporla İş üzrə Dövlət Komitəsi son dövrlərdə yaradılmış “Diaspor Təşkilatlarının Mərkəzi Portalı”nın (http://www.diaspor.org) daha səmərəli fəaliyyətini  də xüsusi diqqətdə saxlayır. Məqsəd xaricdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarına, həmçinin Azərbaycan Evlərinə, Koordinasiya Şuralarına onların elektron və sosial media fəaliyyətlərini gücləndirmək məqsədilə ödənişsiz informasiya-kommunikasiya texnologiyaları dəstəyi göstərməkdir. Portal 100-lərlə saytın inteqrasiyasını dəstəkləyir, eləcə də diaspor təşkilatlarına, Azərbaycan Evlərinə və Koordinasiya Şuralarına vebsaytların sürətli, əlavə xərc olmadan və mərkəzləşdirilmiş formada hazırlanması imkanı yaradır.  Əlavə edək ki, portalın məlumat sistemi “Hökumət buludu”na tam köçürülüb.

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün diaspor təşkilatları rəqəmsal diplomatiyanı ictimai diplomatiyanın aləti kimi istifadə edir,  bütün çağırışlara cavab verməyə, riskləri dəf etməyə qadirdir. Sosial mediada müxtəlif istiqamətlərdə təşkil olunan rəqəmsal kampaniyalar, onlayn petisiyalar və virtual tədbirlər qlobal auditoriyaya çıxış imkanlarını daha da genişləndirir. Fakt və hadisələrə strategiyalı və peşəkar kommunikasiya yanaşması diasporun mesajlarının daha geniş və təsirli yayılmasını təmin edir, informasiyanı mərkəzləşdirir, təşkilatlanmanı gücləndirir, operativ informasiya reaksiyasını mümkün edir.

Müasir çağırışlar nəzərə alınaraq, Diasporla İş üzrə Dövlət Komitəsinin Yol xəritəsində xaricdəki icmalarımız arasında rəqəmsal savadlılığın artırılması və vahid kommunikasiya strategiyasının formalaşdırılması, media təhlili, süni intellekt əsaslı informasiya monitorinqləri, rəqəmsal lobbiçilik platformalarının yaradılması geniş yer alıb. Komitənin uzunmüddətli strateji planının əsasını vahid diaspor şəbəkəsinin və ortaq rəqəmsal informasiya platformalarının yaradılması, diaspor fəaliyyətinin nəticəyönümlü olması təşkil edir. Bu fəaliyyətlər Azərbaycanın “yumşaq güc” siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Qənaət budur ki, diasporumuz ənənəvi fəaliyyət modelindən rəqəmsal diplomatiya modelinə keçir. İnternet və sosial media üzərindən beynəlxalq münasibətlərə təsir prosesi kimi qiymətləndirilən rəqəmsal diplomatiya xaricdəki Azərbaycan icmalarının fəaliyyətini daha çevik, operativ, təsirli edir və uzunmüddətli perspektivdə diasporun dayanıqlığını təmin edir.

Yazının orijinalını aşağıdakı linkdən oxumaq mümkündür:

https://dailynewshungary.com/azerbaijani-diaspora-digital-diplomacy/

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 May 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri