Macarıstanda Azərbaycandan Avropa ölkələrinə qaz tədarükünün perspektivi dəyərləndirilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 11 mart, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazirlərin 10-cu iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsindən irəli gələn məsələlər, ikitərəfli enerji əməkdaşlığının prioritetləri müzakirə edilib.
Enerji təchizatı ilə bağlı müasir reallıqlar şəraitində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin, Cənubi Qaz Dəhlizinin mühüm rolu vurğulanıb. Azərbaycandan Avropa ölkələrinə qaz tədarükünün perspektivi dəyərləndirilib, qaz ehtiyatlarının işlənilməsi və infrastrukturun genişləndirilməsinin mühümlüyü qeyd olunub. Enerji təchizatının diversifikasiya zərurətinin qazla bağlı məsələlərə rasional yanaşmanı tələb etdiyi bildirilib.
Peter Siyarto Cənub Qaz Dəhlizi Məşvərt Şurasının aprel ayında keçiriləcək növbəti iclasında təbii qaz və yaşıl enerji ilə bağlı müzakirələrdə fəal iştiraka dəvət edilib.
Söhbət zamanı, həmçinin Macarıstanın “MOL Group” və MVM şirkətləri ilə həyata keçirilən və planlaşdırılan layihələrə dair fikir mübadiləsi aparılıb.
Baxış sayı:108
Bu xəbər 11 Mart 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















