Macarıstanda gizli agentlərin kimliyi ifşa olunacaq
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Macarıstanın yeni formalaşmış hökuməti ölkədə sosializm dönəmində fəaliyyət göstərmiş dövlət təhlükəsizlik xidməti agentlərinin məlumatlarının ictimailəşdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.
Moderator.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar məlumat verib.
"Biz agentlərin dosyelərinin açılması ilə bağlı qanun layihəsini parlamentə daxil etdik. Bunu həyata keçirməyi öz üzərimizə öhdəlik kimi götürmüşdük. Beləliklə, onilliklər ərzində yığılıb qalmış borcumuzu ödəmiş olacağıq", - baş nazir özünün "Facebook" səhifəsində yazıb.
Qeyd edək ki, hakimiyyətə gəldikdən sonra Madyar bəyan etmişdi ki, yeni Nazirlər Kabineti Dövlət Təhlükəsizliyi İdarəsinin agent şəbəkəsinin sənədlərini aşkar edəcək və həmin qurumun, eləcə də Macarıstan Sosialist Fəhlə Partiyasının 1956-1989-cu illərdə yerləşdiyi binadan istifadə etməkdən imtina edəcək.
Baxış sayı:128
Bu xəbər 24 İyun 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















