Icma.az
close
up
RU
Macarıstanda inqilab : hakimiyyətə gələn Magyar kimdir? Skandal səs yazısı...

Macarıstanda inqilab : hakimiyyətə gələn Magyar kimdir? Skandal səs yazısı...

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Macarıstanda keçirilən seçkilərdə Tisa Partiyası qalib gəlib. Məlumata görə, səslərin 60,24%-i sayıldıqdan sonra “Tisa” 136 mandat qazanaraq konstitusion çoxluq əldə edib.

Globalinfo.az xəbər verir ki, Tisa Partiyasının lideri Peter Magyar 1981-ci ildə Macarıstanda anadan olub.

Təhsilini Budapeştdə və Berlindəki Humboldt Universitetində Erasmus proqramı çərçivəsində başa vurub.

2004-cü ildə Pazmany Peter Katolik Universitetinin Hüquq fakültəsindən dərəcə alıb. Peşəkar karyerasına Metropolitan Məhkəməsində başlayıb və hüquq imtahanlarını verdikdən sonra beynəlxalq hüquq sahəsində çalışıb.

Səs yazısı qalmaqalı

Magyar ilk dəfə sabiq prezident Katalin Novakın prezident əfvi qalmaqalından sonra hökumət rəsmilərini tənqid etdiyi üçün gündəmə gəldi. 2024-cü ilin fevralında o, həmin vaxt ədliyyə naziri olan həyat yoldaşının xəbəri və razılığı olmadan gizlicə qeydə aldığı bir səs yazısını yayımladı. Bu yazıda Macarıstan prezidenti Katalin Novakın 2023-cü ilin aprelində dövlət tərəfindən idarə olunan bir uşaq evinin direktor müavini Endre Konyanı əfv etdiyi üzə çıxdı. Bundan sonra baş verən hökumət əleyhinə etirazlar nəticəsində nazir olan həyat yoldaşı Varqa istefa verdi və siyasətdən getdiyini açıqladı.

Keçmiş həyat yoldaşının bu açıqlamasından bir neçə saat sonra Magyar dövlət qurumlarındakı vəzifələrindən istefa verəcəyini bildirdi.

Çoxminlik mitinqlər

Macar İnqilabının (1848) ildönümündə – 15 mart 2024-cü ildə on minlərlə insanın qatıldığı bir mitinq təşkil etdi. Bu, onu müxalifəti birləşdirən bir gücə çevirdi. Daha sonra 2024-cü ilin aprelində keçirilən Avropa Parlamenti seçkilərində namizəd oldu və seçildi.

O, bir dövr hakimiyyətə yaxın fiqur kimi tanınsa da, sonradan hökumətə qarşı açıq tənqidi mövqe tutaraq siyasətə aktiv şəkildə qoşulub.

Sürətli yüksəlişin səbəbi

Onun çıxışları əsasən Baş nazir Viktor Orban rəhbərliyinə qarşı yönəlib. Magyar hökuməti korrupsiya, şəffaflığın olmaması və dövlət institutlarının zəiflədilməsi ilə bağlı ittiham edir.

Analitiklər onun sürətli yüksəlişini ölkədə yeni siyasi alternativin formalaşması kimi qiymətləndirirlər.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Aprel 2026 00:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri