Macarıstanın baş naziri Azərbaycanda səfərdədir
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Macarıstanın Baş naziri Viktor Orban BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.

Macarıstanın Baş naziri Azərbaycanda səfərdədir
11 Noyabr 2024 19:17

