Icma.az
close
up
RU
Macarıstanın səfiri Azərbaycan dilini öyrənmək istəyir Fotolar

Macarıstanın səfiri Azərbaycan dilini öyrənmək istəyir Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanla görüşüb.

Qafqazinfo xəbər verir ki, Tamaş Yojef Torman görüşdə Azərbaycan dilinə sevgisini və dilimizi öyrənmək istəyini ifadə edib.

Səfirə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xaricdəki soydaşlarımız üçün çap olunan “Azərbaycan dili” və Azərbaycan dilini öyrənmək istəyən xaricilər üçün hazırlanan “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) kitabları hədiyyə olunub. 

Görüş çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu diaspor siyasətindən danışan komitə sədri, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul qurumların başçılarının bu günlərdə keçiriləcək görüşünə Macarıstanın evsahibliyi etməsinə diqqət çəkib. Bildirib ki, tədbir iştirakçı ölkələr arasında əlaqələrin dərinləşməsinə, yeni əməkdaşlıq formatlarının yaradılmasına töhfə verəcək.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsinin vacibliyindən söz açıb, Macarıstanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirib.

Bununla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin diaspor qurumlarının rəsmiləri üçün təşkil olunan II “INTERNSHIP” (təcrübə) proqramı iştirakçılarının ölkəmizə, o cümlədən Qarabağa  səfərləri də diqqət mərkəzinə gətirilib. 

Görüş qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:340
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri