MacBook Pro və MacBook Air da: hansı notbuk daha yaxşıdır
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Köhnə notbukunuzu yeniləmək istəyirsinizsə, böyük ehtimalla MacBook Pro və MacBook Air modelləri ilə qarşılaşmısan. Bu iki cihaz Azərbaycan bazarında ən çox tələb olunan notbuklardır. Kontakt.az Apple macbook aktual modellərini rəsmi zəmanətlə və sərfəli şərtlərlə sənə təklif edir.
Macbook Air yoxsa MacBook Pro? Hansı sizin güc mənbəyiniz olacaq?
MacBook Pro və MacBook Air icmalı: əsas fərqlər
MacBook Pro və MacBook Air arasındakı əsas fərq onların performansında və dizaynında əks olunub.
MacBook Pro daha güclü prosessor, geniş yaddaş və qrafik performans təklif edir. Ən güclü M4 çipi, Liquid Retina XDR ekranı və aktiv soyutma sistemi ilə fərqlənir. Qrafika və ya video ilə işləyirsənsinizsə, bu ideal seçimdir. MacBook Air: Həm kiçik, həm də böyük ekran növləri var. Pro-ya nisbətən daha yüngül, portativ və büdcəyə uyğundur. Sadə ofis işləri üçün idealdır. Yeni MacBook modelləri daha sürətli və stabil Wi-Fi 6E texnologiyasını dəstəkləyir. Bu da internetdə yüksək keyfiyyətli video axınına və fasiləsiz işləməyə zəmanət verir. MacBook modellərinin klaviaturası uzun illər davamlılıq göstərən keyfiyyətli materialdan hazırlanıb. Bluetooth texnologiyası vasitəsilə siz notbukunuzu simsiz qulaqlıqlara, klaviaturaya və ya digər aksesuarlara asanlıqla qoşaraq iş prosesini daha rahat edə bilərsiniz. MacBook Pro-nun Thunderbolt portları, məlumatları inanılmaz sürətlə ötürməyə və yüksək icra qabiliyyətinə malik xarici ekranları qoşmağa imkan verir.Dizayn və portativlik: hansı notbok daha rahatdır?
Qalınlıq və korpus ölçüləri
Notbukun dizaynı vacibdir. Apple alüminium materialından istifadə edir, o həm möhkəmdir və yüngüldür. Silver və Space Gray rənglərində təklif olunur - premium hissi yaradır.
Əlavə olaraq notbuku özünüzlə tez-tez gəzdirirsinizsə, yüngül çəkisi olan model seçməyiniz vacibdir.
MacBook Air yüngül və incə dizaynla təchiz edilib. Bu model, 1.29 kq ağırlığı ilə 12 mm qalınlığa malikdir, bu da onu hər gün özü ilə daşıyan insanlar üçün idealdır. MacBook Air-in alüminium materialı həm davamlı, həm də yüngüldür, bu da daşımağı çox rahat edir. MacBook Pro isə daha qalın və ağırdır. 1.4 kq ağırlığı ilə 14.9 mm qalınlığa sahibdir. Bu model güclü performans təmin edir, lakin portativlik baxımından Air-dən bir az daha ağırdır.Ekran və görüntü keyfiyyəti: retina displeyləri
Ekran notbukda əsas parametrdir. Hər gün saatlarla baxırsınız, göz sağlamlığınız, iş keyfiyyətiniz, zövq almaq - hamısı ekrandan asılıdır. Hər modeldə Liquid Retina ekran mövcuddur. Lakin, keyfiyyət və parlaqlıqda fərqlər var.
Parlaqlıq, rəng ötürmə və yenilənmə tezliyi MacBook Pro modelləri Liquid Retina XDR ekranı ilə 1000 nit parlaqlıq və 120 Hz yenilənmə sürətinə malik ProMotion texnologiyası təklif edir. Bu, rəng dəqiqliyi və sürətli görüntü tələb edən videomontaj kimi işlər üçün idealdır. MacBook Air Liquid Retina XDR ekranı ilə 500 nit parlaqlıq təmin edir. 60 Hz standart təzələnməyə sahibdir. Gündəlik istifadə üçün kifayət etsə də, ProMotion və ekranın yüksək parlaqlığı yoxdur.Rəng balansı hər ikisində True Tone ilə tənzimlənir. Otaq işığına uyğunlaşır, gözlər daha az yorulur. Uzun saatlar işləyirsinizsə, bu funksiya əhəmiyyətlidir.
Performans: M-seriyası çipləri və real tapşırıqlar
Apple M-seriya çipləri son illərin inqilabıdır. Intel prosessorlardan daha sürətli, daha soyuq, daha enerji qənaətlidir. Çip seçimi birbaşa sizin iş tapşırıqlarınızdan asılıdır:
MacBook Pro: Apple M4 çipi 10-core CPU ilə təchiz olunub. Pro prosessoru 3D dizayn və ağır tətbiqlər üçün mükəmməl sürət təmin edir. MacBook Air M3 çipi 8-core / 10-core GPU çipi ilə təchiz olunub. Gündəlik ofis proqramları üçün sürətlidir, lakin Pro modelindən az gücə malikdir. Soyutma sistemi və performans davamlılığı: MacBook Pro: Aktiv soyutma sistemi (ventilyator) sayəsində ağır yükləmələr altında da performansını davamlılıqla qoruyur. MacBook Air: ventilyatorsuz soyutması sayəsində sakit işləsə də, uzunmüddətli video redaktəsində sürəti azala bilər. Ofis proqramlarında performansMicrosoft Office, Google Workspace, mail, brauzer - bu proqramlar hər ikisində problemsiz işləyir. MacBook Air bu tapşırıqları asanlıqla görür. Excel cədvəlləri, PowerPoint təqdimatları, Word sənədləri - hamısı tez açılır.
Amma çoxlu faylı eyni vaxtda açırsınızsa və dizayn proqramları istifadə edirsiniz? Bu halda yalnız Pro versiyası öhdəsindən gəlir.
Zoom, Teams, Google Meet kimi videokonfrans platformaları hər ikisində stabil işləyir. Kamera 1080p HD-dir. Mikrofon keyfiyyəti yüksəkdir.
Foto və video emalı
Adobe Photoshop, Lightroom, Illustrator - bu proqramlar MacBook Air-də işləyir. Amma ağır proyektlərdə yavaşlama ola bilər. Orta səviyyə redaktələr üçün kifayətdir. MacBook Pro modelində Final Cut Pro, Adobe Premiere Pro, DaVinci Resolve - professional videomontaj proqramları rahatlıqla işləyir. Blender, Cinema 4D, Maya - bu proqramlar güclü GPU tələb edir və bu model öhdəsindən gələcək. Avtonomluq: hansı Mac daha uzunmüddətli işləyir?Notbuk alarkən cihazın avtonomiya göstəricisi onun qiymətinə birbaşa təsir edən əsas amillərdən biridir.
MacBook Pro: 24 saat video axını və 18 saat veb-brauzinq təklif edir. Ekran parlaq, prosessor güclü, enerji istehlakı yüksəkdir. Amma gündəlik işlərdə 14-15 saat çəkir. Ağır işlərdə (video render, 3D) 8-10 saata düşür. MacBook Air: 15-18 saat video axını və 18 saat veb-brauzinq təklif edir. Səhər tam şarj edirsən, axşama qədər əlavə şarj lazım olmur. Bütün modellər USB-C vasitəsilə şarj olunur. MacBook Air 30 Vt və ya 35 Vt adapter ilə gəlir. Tam şarj 2-2.5 saat. MacBook Pro 67 Vt, 96 Vt və ya hətta 140 Vt (16 düymlük Max). Tam şarj 1.5-2 saat. Enerji qənaəti macOS-da daxilidir. Sistem ağıllıdır - istifadə etmədiyiniz proqramları dayandırır, ekran parlaqlığını tənzimləyir, batareya ömrünü optimallaşdırır. Yaddaş, SSD həcmi və genişləndirmə: MacBook Pro: 32 GB-a qədər RAM (yaddaş) və 2TB-a qədər SSD yaddaşı təklif edir MacBook Air: 16 GB, 24 GB və ya 32 GB RAM seçimi ilə 2TB-a qədər SSD yaddaşı dəstəkləyir İş, təhsil və kreativ işlər üçün: hansı MacBook uyğundur? Təhsil və ofis (Macbook Air): Əgər siz tələbəsinizsə, yüngül və portativ cihaz axtarışındasınızsa, macbook aır sizin üçün ideal və büdcəyə uyğun seçimdir. Air macbook bütün təhsil ehtiyaclarını asanlıqla ödəyəcək. Peşəkar və kreativ işlər (MacBook Pro): Əgər siz proqramçı, qrafik dizayner və ya videoqrafsınızsa, MacBook Pro-nun əlavə güc, RAM və soyutma sistemi sizin performans tələblərinizə cavab verəcək. Azərbaycanda modellərin qiymətləri və alış növləriMacbook qiymetleri modelin çipindən və RAM həcmindən asılıdır.
MacBook Pro: Yüksək performans və XDR ekrana görə daha bahalıdır. MacBook Pro yüksək qiymətinə baxmayaraq, peşəkar işlər üçün ən yaxşı seçimdir. Air MacBook: Daha büdcəyə uyğun və yüngül modellərdir. macbook aır və macbook airbook modellərinin qiyməti gündəlik tapşırıqlar üçün ən münasibdir.MacBook Air m3-un qiyməti 3000-4000 AZN arasında dəyişir, MacBook Pro-nun qiyməti isə 5000-7000 AZN civarındadır. Kontakt.az-da həmçinin fərqli yaddaş variantları və rənglər mövcuddur.
Kontakt.az-da alışın üstünlükləri:
Bütün apple macbook məhsullarına rəsmi zəmanət verir Baku və bütün Azerbaijan ərazisinə sürətli çatdırılma təmin edilir Sərfəli hissə-hissə ödəniş imkanları ilə macbook qiymetleri sənin üçün daha əlçatan olur Nəticə MacBook Air və MacBook Pro arasında seçim edərkən istifadə məqsədini və ehtiyaclarını nəzərə almağın vacibdir. Əgər yüngül və portativ bir notbuk istəyirsinizsə və gündəlik istifadə üçün rahatlıq axtarırsınızsa, MacBook Air sizin üçün ən yaxşı seçimdir. Lakin, yüksək performans tələb edən işlər və peşəkar tətbiqlər üçün MacBook Pro daha uyğundur.Kontakt.az-a daxil olun, macbook qiymetlerini yoxla və öz ehtiyacınıza uyğun apple macbook modelini seçin!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 26 Dekabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















