Madaqaskarda iğtişaşlar zamanı ölənlərin sayı artıb
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Madaqaskarda iğtişaşlar zamanı azı 22 nəfər ölüb, 100-dən çox adam yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk mənbəni açıqlamadan bildirib.
“Azı 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Həlak olanlar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən öldürülən etirazçılar və ətrafdakılar, habelə iğtişaşlar və qarətlər zamanı həlak olanlar var”, – təşkilatın saytında bildirilib.
Xatırladaq ki, sentyabrın 25-də Madaqaskarda elektrik enerjisinin və suyun kəsilməsinə qarşı nümayişlər başlayıb və iğtişaşlara çevrilib. İğtişaşlar bu günə qədər fasilələrlə davam edir. Vəziyyəti sakitləşdirmək üçün yaradılmış Baş nazir Kristian Ntsayın sədrlik etdiyi Milli Konfransın müştərək orqanı sentyabrın 29-da Madaqaskar Universitetinin kampusunda dinc etirazçılar arasında silahlı şəxslərin də olduğu barədə bəyanat yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 29 Sentyabr 2025 23:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















