Maddi çətinliklər insan psixologiyasına təsir edir PSİXOLOQ DANIŞDI
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Maddi çətinliklər şübhəsiz ki, insanın psixologiyasına təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.
Onun sözlərinə görə, bunun təsir etməməsi kimi bir variant demək olar ki, mövcud deyil, çünki biz real dünyada yaşayırıq və maddi asılılıqlarımız var: "Bu asılılıqlar həm psixoloji, həm də fiziki baxımdan insanın motivasiyasına birbaşa təsir edir.
Qida, geyim, ünsiyyət və gündəlik ehtiyacların hamısı maddiyyat üzərində qurulduğu üçün maddi imkanların məhdudlaşması insanın daxili dünyasında müəyyən gərginliklər yaradır. Bu təsir xüsusilə psixoloji baxımdan daha həssas olan, maddi təminata və maddi sabitliyə daha çox önəm verən insanlarda daha güclü hiss olunur.
Maddi vəziyyət insanın həyata baxışına da təsir edir. Gözləntilər nə qədər yüksəkdirsə, maddi çətinliklərin yaratdığı psixoloji yük də bir o qədər ağır olur. Hər bir insanın həyatda motivasiyası və özünəməxsus həyat prinsipləri var. Bu prinsiplər içərisində maddiyyatın tutduğu yer nə qədər böyükdürsə, psixoloji təsirlər də bir o qədər dərin olur.
Maddi sıxıntılar özünə inamsızlıq, fikirləri sərbəst ifadə edə bilməmək, özünə qapanma, sosial münasibətlərdən uzaqlaşma kimi hallara səbəb ola bilər. Eyni zamanda insanın sevdiklərinə maddi dəstək göstərə bilməməsi, özünü yetərsiz və dəyərsiz hiss etməsi də psixoloji gərginliyi artıran amillərdəndir. Bütün bunlar göstərir ki, maddi durum təkcə iqtisadi məsələ deyil, eyni zamanda insanın psixoloji vəziyyətinə birbaşa təsir edən ciddi faktordur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 02 Fevral 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















