“Maddiyata görə bütün dünyamız dəyişib”
Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Sənətçi bir şeyi təkrar-təkrar və çox edəndə adiləşir. Buna toy da daxildir”.
OLAY yazır ki, bu sözləri sevilən sənətçi Elçin Cəfərov deyib.
“Mədəni şou” verilişində bu həftənin qonağı olan Elçin seçici olduğunu vurğulayaraq hər məclisdə yer almadığını bildirib:
“İllər öncə demişdim ki, sənətçi bir şeyi çox edəndə adiləşir. Bu toya da aiddir. Gedirəm mahnılarımı oxuyuram və səhnədən düşürəm. Təbii ki, zamanla insanın fikri dəyişə bilər, Amma mən bu gün də eyni düşüncədəyəm. Belə halda hissiyat, həyəcan ölür. Amma hər gün toya gedənlərə də pis baxmıram. Təbii ki, toy bizim hamımızın qazanc yeridir, çox da olsa gedəcəyik. Amma, bir reallıq var ki, zamanla insanın həyəcanı ölür. Gün ərzində 3-4 yarım saatlıq məclisə gedəndə artıq dördüncüyə çatanda yorulursan və eyni hissi, emosiyanı dinləyiciyə ötürə bilmirsən.
Təəssüf ki, maddiyata görə nəinki sənət, bütün dünyamız dəyişib. Amma mən toylarda da seçiciyəm. Olur ki, məclis gəlir və mən ora getmirəm. Bilirəm ki, orada qarşılanma, dinləyici kütləsi mənim ürəyimcə olmayacaq. Bunu da məclisin hansı restornda olmasından, xərclənən məbləğdən anlamaq olur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 16 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















