Madonna Papaya müraciət etdi “Qəzzaya get!”
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məşhur amerikalı müğənni Madonna aclıqdan əziyyət çəkən uşaqları xilas etmək üçün Vatikanın rəhbəri Papa XIV Leodan Qəzza zolağına getməyi xahiş edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesablarında yazıb.
“Müqəddəs Ata. Çox gec olmadan Qəzzaya gedin və işığınızı uşaqlara çatdırın. Bir ana olaraq mən onların əzab çəkməsinə dözə bilmirəm. Dünya uşaqları hər kəsə məxsusdur. Bizdə Qəzaaya girişi rədd edilməyən tək sizsiniz. Bu günahsız uşaqları xilas etmək üçün humanitar qapıların tam açılmasına ehtiyacımız var. Artıq vaxtımız yoxdur. Xahiş edirəm, gedəcəyinizi söyləyin”, - Madonna bildirib.
Daha sonra oğlu Rokkonun ad günü olduğunu qeyd edən Madonna bunları əlavə edib: “Bu gün oğlum Rokkonun ad günüdür. Mənim bir ana kimi ona verə biləcəyim ən yaxşı hədiyyə, hiss edirəm ki, hər kəsdən Qəzzada atəşə tutulan günahsız uşaqları xilas etmək üçün əlindən gələni etməsini xahiş etməkdir. Mən heç kimi günahlandırmıram və ya heç kimin tərəfini tutmıram. Hamı onların anaları kimi əziyyət çəkir. Mən bu uşaqların aclıqdan ölməməsi üçün əlimdən gələni etməyə çalışıram”.
Bu mövzuda digər xəbərlər:Madonna Qəzza ilə bağlı Papaya müraciət edib
12 Avqust 2025 07:46
Madonna Trampın qərarını tənqid etdi
29 Yanvar 2025 14:38
Madonna sevgilisindən ayrıldı FOTO
14 Noyabr 2024 21:24
“Madonna dodağımdan öpməyə çalışdı”
10 Yanvar 2025 12:50
Madonna brilyant dişlərini göstərdi
29 Mart 2025 19:13
Baxış sayı:37
Bu xəbər 12 Avqust 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















