Icma.az
close
up
RU
Madriddə Azərbaycanın qastroturizm imkanları tanıdıldı FOTOLAR

Madriddə Azərbaycanın qastroturizm imkanları tanıdıldı FOTOLAR

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, tədbir çərçivəsində ölkəmizin qastroturizm potensialının təqdim olunması məqsədilə milli qastronomiya stendində milli mətbəx nümunələri, o cümlədən Slow Food “Dad gəmisi” siyahısına daxil olan biomüxtəliflik nümunələri, milli qənnadı məmulatları və quru meyvələr nümayiş etdirilib və ziyarətçilərə təqdim olunub.

Milli mətbəx nümunələrinin təqdim olunduğu iki ustad dərsi təşkil edilib, Azərbaycanın qastroturizm imkanlarını təşviq edən videoçarxlar nümayiş etdirilib və milli mətbəx nümunələrinin dequstasiyası keçirilib.

Azərbaycan stendini Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, BMT Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov ziyarət edərək nümayiş etdirilən məhsullarla tanış olub. Həmçinin milli qastronomiya stendini “elBulli” fondunun direktoru, “Michelin” ulduzlu usta aşpaz Ferran Adrià da ziyarət edib.

Konqres çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova ilə beynəlxalq qastronomik təsnifat qurumu olan “La Liste” təşkilatının beynəlxalq direktoru Stefani Kim arasında görüş keçirilib. Görüşdə “La Liste” ilə əməkdaşlıq imkanları və Azərbaycanın qastronomiya məhsullarının beynəlxalq miqyasda tanıdılması məsələləri müzakirə olunub.
Bundan əlavə, “Madrid Fusion”un qurucusu, “Gastroactitud” rəqəmsal qastronomiya jurnalının təsisçisi Xose Karlos Kapel ilə gələcək əməkdaşlıq perspektivləri, Azərbaycanın qastronomiya və kulinariya irsinin “Gastroactitud” və digər beynəlxalq platformalarda təqdimatı istiqamətində fikir mübadiləsi aparılıb.

Qastronomiya üzrə ekspertlər, İspaniya Aşpazlar və Şirniyyatçılar Federasiyasının (FACYRE) və İspaniya Qonaqpərvərlik Biznesləri Konfederasiyasının (HOSTELERÍA DE ESPAÑA) nümayəndələri ilə keçirilən görüşlərdə əməkdaşlıq imkanları, Azərbaycana məxsus məhsullar, Abşeron zəfəranının unikallığı, zəfəran yığımı marşrutlarının yaradılması təklifləri və digər mövzular müzakirə edilib.
Qeyd edək ki, beynəlxalq qastronomiya üzrə nüfuzlu tədbirlərdən biri olan “Madrid Fusion” hər il keçirilərək dünyanın müxtəlif ölkələrindən qida brendlərini, turizm şirkətlərini, dövlət qurumlarını, “Michelin” ulduzlu aşpazları, restoran sahiblərini, tədqiqatçıları və media nümayəndələrini bir araya gətirən strateji tanıtım və əməkdaşlıq platforması kimi çıxış edir.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 Yanvar 2026 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri