Icma.az
close
up
RU
Madridlilərdən “Barselona” üçün heç heçə

Madridlilərdən “Barselona” üçün heç heçə

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Turun mərkəzi oyununda – Madrid derbisində heç-heçə qeydə alındı.

Təbii ki, “Barselona” əsas rəqiblərinin “hədiyyəsindən” yararlanmalıydı və yararlandı da. Bu üzdən turnir cədvəlinin yuxarı hissəsindəki gərginlik bir qədər də artdı.
Dieqo Simeonenin əlinə yaxşı şans düşmüşdü: bu mövsüm “Barselona”nın ardından “Real”ı da səfərdə məğlub edə bilərdi. Kataloniya lənətinə son qoyuldu, “Real”la isə alınmadı. “Hindular” 2016-cı ildən bəri bu komandanı səfərdə məğlub edə bilmir. Onlar qələbəyə yaxın idi. İlk yarıda penalti qazanan və qola çevirən “Atletiko” nədənsə 2-ci hissənin əvvəlində hədsiz zəif oynadı. “Real” özünün klassik üslubunda rəqibi əzdi, qolun əvəzini çıxdı, hətta irəli çıxmaq üçün vəziyyətlər də yaratdı. Ancaq nominal qonaqları əvvəlcə tir, ardından Oblak xilas etdi.
Sırf 2-ci hissənin axarına əsasən mülahizə yürütsək, Ançelottinin yetirmələri birmənalı şəkildə qələbə daha yaxın idi. Sadəcə, uğur onlardan üz döndərdi. “Hindular” inadla müdafiə olundu, bəzən əks-hücumlar qurdu, ancaq real qol vəziyyəti yarada bilmədi. Təbii ki, bu heç-heçə ilk növbədə “Barselona”nın işinə yaradı. Kataloniya nəhəngi “Sevilya”nı məğlub edəcəyi təqdirdə liderlərlə xal fərqini minimuma endirəcəkdi.
“Sevilya” – “Barselona” oyunu qollarla başladı. Artıq 8-ci dəqiqədə hesab 1:1 idi. Əvvəlcə Levandovski Martinesin ötürməsindən yararlanıb yaxın məsafədən hesabı açdı. Cəmi bir dəqiqə sonra “Sevilya”nın sürətli hücumunu Varqas qolla bitirdi. Hissənin sonuna qədər “Barsa” meydan sahiblərini özlərinin cərimə meydançası ətrafında saxladı. Ancaq qonaqlar Rafinyanın cərimə meydançasının qövsü üzərindən zərbəsindən başqa heç nə ilə yadda qalmadılar. Hətta “Sevilya”nın əks-hücumları daha maraqlı görünürdü. Flik fasilədə Qavini Fermin Lopeslə əvəzlədi və bu gediş dərhal işə yaradı. Oyun canlanan kimi Lopes hesabı dəyişdi. 55-ci dəqiqədə Rafinya hesab arasındakı fərqi artırdı.
“Barsa”nın rahatca oyunu qələbəyə daşıdığı məqamda Lopes bu dəfə antiqəhrəman kimi səhnəyə çıxdı. Onun 60-cı dəqiqədə Souya qarşı kobudluğu qırmızı vərəqə ilə “mükafatlandırıldı”. Qonaqlar azlıqda qalandan sonra oyunun axarı daha sönük xarakter aldı. “Barsa” müdafiəyə çəkilməli oldu, indiki “Sevilya” isə mövqe hücumlarında o qədər də yaxşı deyil. Əndəlüslər oyunun axarını dəyişməyə çalışsalar da, uzaqdan zərbələrdən başqa Şensnını heç nə ilə narahat etmədilər.
Sonda fərq daha biabırçı həddə çatdı. Rafinyanın cərimə zərbəsindən ötürməsindən sonra Qarsiya 4-cü qolu da vurdu. Düzünə qalsa, “Barsa” böyükhesablı qələbəyə layiq deyildi. Hər halda, Kataloniya nəhəngi Madrid nəhənglərinin heç-heçəsindən yararlanıb onlara bir qədər də yaxınlaşdı.
Avrokuboklara iddialı digər komandalar da qələbə qazandı. “Atletik” Sansetin het-triki ilə əlamətdar olan oyunda “Jirona”nı darmadağın etdi. “Vilyarreal” “Las Palmas”a, “Rayo Valyekano” “Valyadolid”ə, “Real Sosyedad” “Espanyol”a qalib gəldi. “Selta” – “Betis” oyununda maraqlı ssenari yaşadı. Qonaqlar ilk yarını 2:0 öndə bitirsə də, viqolular 2-ci hissədə ardıcık üç qol vurmaqla əzmkar qələbə qazandı. “Valensiya” “Barselona”dan aldığı acı məğlubiyyətdən (1:7) sonra ardıcıl 2-ci qələbəsini “Leqanes” üzərində qazandı. “Alaves” heç cür təhlükəli zonadan uzaqlaşa bilmir. Basklar 6 xallıq oyunda evdə “Xetafe”yə uduzmaqla elitada qalmaq şanslarını bir qədər də azaltdılar.
23-cü tur
Real – Atletiko 1:1

Mbappe, 50 – Alvares, 35-p. (78082)
Real: Kurtua, F.Qarsiya, Çuameni, Asensio, Vaskes (Modriç, 81), Bellingem, Sebalyos (Kamavinqa, 80), Valverde, Vinisius, Rodriqo (Dias, 88), Mbappe.
Atletiko: Oblak, Qalan (Mandava, 64), Lanqle, Ximenes, M.Lyorente, Lino (Koke, 64), Barrios, De Paul (Korrea, 77), Simeone (Molina, 64), Qrizmann, Alvares (Sörlot, 81).
Sevilya Barselona 1:4
Varqas, 8 Levandovski, 7. Lopes, 46. Rafinya, 55. E.Qarsiya, 89. (38592)
Barselona: Şensnı, Balde, Martines, Arauxo (Kubarsi, 22), Kunde, Pedri, F.de Yonq (E.Qarsiya, 71), Qavi (Lopes, 46), Rafinya, Yamal (Martin, 89), Levandovski (Olmo, 71).
Atletik – Jirona 3:0
Sanset, 42-p.; 45+1; 79. (48261)
Las Palmas – Vilyarreal 1:2
Fuster, 84 Baena, 53. A.Peres, 66. (22909)
Rayo Valyekano Valyadolid 1:0
A.Qarsiya, 71. (12286)
Real Sosyedad Espanyol 2:1
Bekker, 1. Mendes, 84 Puado, 51-p. (29478)
Selta Betis 3:2
Beltran, 63. Rodriges, 65. Svedberq, 87 Antoni, 10. D.Lyorente, 22. (22651)
Valensiya Leqanes 2:0
Moskera, 30. Diakabi, 41. (42314)
Alaves Xetafe 0:1
Arambarri, 44-p. (16236)
Malyorka Osasuna 1:1
Muriqi, 81-p. Boyomo, 90+4. (15378)
1. Real 23 15 5 3 51-22 50
2. Atletiko 23 14 7 2 38-15 49
3. Barselona 23 15 3 5 64-25 48
4. Atletik 23 12 8 3 36-20 44
5. Vilyarreal 23 11 7 5 46-34 40
6. Rayo Valyekano 23 9 8 6 27-24 35
7. Real Sosyedad 23 9 4 10 20-20 31
8. Jirona 23 9 4 10 31-33 31
9. Osasuna 23 7 10 6 28-32 31
10. Malyorka 23 9 4 10 20-29 31
11. Betis 23 7 8 8 27-31 29
12. Selta 23 8 4 11 34-37 28
13. Sevilya 23 7 7 9 25-34 28
14. Xetafe 23 6 9 8 18-17 27
15. Las Palmas 23 6 5 12 28-38 23
16. Espanyol 23 6 5 12 22-35 23
17. Leqanes 23 5 8 10 19-32 23
18. Valensiya 23 5 7 11 24-37 22
19. Alaves 23 5 6 12 25-35 21
20. Valyadolid 23 4 3 16 15-48 15
Bombardirlər: Levandovski (Barselona) – 19, Mbappe (Real) – 16, Rafinya (Barselona) - 13, Budimir (Osasuna) – 12.
Turun rəqəmi
500 – “Real”ın hücumçusu Mbappe “qol+ötürmə” sistemi üzrə xal hesabını 500-ə çatdırmaqla futbol tarixində bunu ən gənc yaşda bacardı. Fbasalı ulduzun 26 yaşlı var. Xatırladaq ki, bu yaşda Neymar 492, Messi 486, Kriştiano Ronaldu isə 302 xal toplamışdı.
Turun ulduzu
Oyan Sanset (Atletik) – qol və məhsuldar ötürmə müəllifi olan Rafinya da var, ancaq təcrübəli yarımmüdafiəçinin het-triki daha əzəmətli görünür. Sanset “Jirona”nı təkbaşına darmadağın etməklə cari mövsümdə qol sayını 11-ə çatdırdı.
Turun sitatı
Lukas Vaskes, “Real”ın müdafiəçisi:

“Oyunboyu hadisələrin axarına nəzarət etdik, bu nəticə heç də ədalətli deyil. Bununla belə, liderliyi qoruduq və turnir cədvəlinin zirvəsində qaldıq. İkinci hissədə hücumda daha təhlükəli olduq, çoxlu qol vəziyyəti yaratdıq. Yalnız bir komanda gerçəkdən qələbə üçün mübarizə apardı, düşünürəm ki, hamı bunu gördü”.


Oyundan sonra
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“Biz çox yaxşı mövqedəyik. “Barselona” əla komandadı, çox yaxşı oynayır, “Sevilya”ya qalib gələ bilsə, turnir cədvəlindəki sıxlıq bir qədər də artacaq. Bu isə jurnalistlər üçün maraqlı olacaq – danışmağa çoxlu mövzunuz var”.


Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“İkinci hissədə oyunun axarına tam nəzarət etdik. İlk yarı fərqli idi, ləng oyun gedirdi. Penalti epizodu komandaya təsir etdi. Fasilədən sonra daha geniş oynadıq, Vinisiusla Rodriqo çoxlu təhlükəli vəziyyət yaratdı. “Atletiko” müdafiə olundu və əks-hücumlar qurdu, rəqib müdafiədə yaxşı idi. Çuameni əla oyun keçirdi, qələbə çox yaxın olduq. İkinci hissə yaxşı keçdi, komandam məyusdu, çünki qələbəni haqq etdiyimizi düşünürük. Yenə də məyus olmağa dəyməz. Hələ də turnir cədvəlinin zirvəsindəyik”.


Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“İlk yarıda yaxşı oynadıq, ikincidə isə döyüşdük. Rəqibin sürətli cinah oyunçularının qarşısını ala bildik, səbr, dözüm göstərdik. Arauxonun müayinəsinin nəticəsini gözləyirik. Ümid edirik ki, ciddi bir şey yoxdu. Fermin əvvəlcə vacib qol vurdu, sonra isə qovuldu. Belə hadisələr olur, gələcək üçün dərsdi. La Liqada üç-beş yaxşı komanda var, biz də onların sırasındayıq”.


Faktlar
* “Real” Ançelottinin bu komandanı çalışdırdığı dövrdə 23 turdan sonra topladığı xal sayına görə ən pis mövsümünü keçirir. Hazırda “ağ şimşəklər”in 50 xalı var. Ançelotti baş məşqçi kimi çalışdığı 6 mövsümdə “Real”ın xalı heç vaxt bu qədər az olmayıb. İndiyəqədərki ən pis nəticəs (52 xal) 2022/23 mövsümündə qeydə alınmışdı. Onda “kral klubu” çempionatda 2-ci yeri tutdu. Ançelotti dönəmində 23 turdan sonrakı ən yaxşı nəticə (58 xal) 2023/24 mövsümünə aiddi.
* “Real”ın 39 yaşlı yarımmüdafiəçisi Luka Modriç Madrid derbisində iştirak edən əcnəbi futbolçular arasında oyun sayına görə liderliyi ələ keçirdi. O, “Real”ın sabiq müdafiəçisi Kərim Benzemanı arxada qoydu. Xorvatiyalı futbolçu “Atletiko”ya qarşı 40-cı dəfə oynadı. Benzema isə “hindular”la 39 derbinin iştirakçısı olub.
* “Barselona” 2025-ci ildə bütün turnirlərdə keçirdiyi 11 oyunda 41 qol vurub, bu isə komandanın 1943-cü ildən sonra ən yaxşı göstəricisidi. Onda Xuan Xose Noqesin çalışdırdığı komanda ilk 11 oyunda 42 qol vurmuşdu.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Fevral 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1218

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see186

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see143

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see121

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri