Icma.az
close
up
RU
Maduro ABŞ prezidentinin nümayəndəsi ilə görüşü müsbət qiymətləndirib

Maduro ABŞ prezidentinin nümayəndəsi ilə görüşü müsbət qiymətləndirib

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Riçard Qrenell ilə görüşünü müsbət qiymətləndirib və ABŞ ilə münasibətlərdə yeni başlanğıca ümid etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Maduro "Venezolana de Television" kanalının efirində bildirib.

"Bizim Grenell ilə səmimi, birbaşa, açıq və deyə bilərik ki, müsbət söhbətimiz oldu", - deyə o qeyd edib ki, danışıqlar qarşılıqlı hörmət atmosferdə keçib, “bəzi mövzular üzrə ilk nəticələr əldə edilib”. Prezident “ABŞ ilə tarixi əlaqələrə yeni başlanğıc vermək” arzusunu ifadə edib. Son illərdə iki ölkə arasında müqavilə və razılaşmaların olmaması səbəbindən Maduro danışıqlar üçün "gündəmin sıfırdan başlamasını" təklif edib.

"Biz heç vaxt ABŞ-ın əleyhdarı olmamışıq, biz anti-imperialistik və imperiyaların və hegemonluğun olmadığı bərabər bir dünya istəyirik", - deyə prezident vurğulayıb. O hesab edir ki, ABŞ-la münasibətlər “Venesuellanın suverenliyinə, demokratik həyatına, beynəlxalq hüquqa, Latın Amerikası və Karib hövzəsi regionuna hörmətə” əsaslanmalıdır.

Maduro vurğulayıb ki, “ABŞ və Venesuela arasındakı münasibətlərdə sülh, hörmət və qarşılıqlı anlaşma bərqərar olmalıdır”. O, prezident Trampa ABŞ-la münasibətlərdə “ilk addımın atıldığını” çatdırıb.

2019-cu ildə Vaşinqton Xuan Quaydonu respublika prezidenti kimi tanıdıqdan sonra Venesuela ABŞ-la münasibətlərini kəsdi. 2015-ci ildən bəri ABŞ və müttəfiqləri Venesuelaya qarşı 930-dan çox birtərəfli məhdudlaşdırıcı tədbir tətbiq edib. Ölkə iqtisadiyyatına ən böyük ziyan 2019-cu ildə prezident Trampın dövründə dövlət neft-qaz şirkəti “Petroleos de Venezuela S.A” (PDVSA) əleyhinə tətbiq edilən sərt sanksiyalara səbəb olub. Tramp yanvarın 31-də bir daha ABŞ-ın Venesueladan neft almasına icazə verməyəcəyini bəyan edib. Cənubi Amerika ölkəsi Amerikanın neft sənayesinə tətbiq etdiyi sanksiyalara görə 232 milyard dollardan çox itirib. Venesuelaya məxsus 30 milyard dollar Qərb banklarında bloklanıb.

ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası Maduronun qalib gəldiyi 2024-cü il iyulun 28-də keçirilmiş prezident seçkilərinin nəticələrini tanımayıb və seçkilərdəki rəqibi Edmundo Qonzalesi Venesuelanın seçilmiş prezidenti elan edib. Maduro yanvarın 10-da Venesuela prezidenti vəzifəsinə başlamazdan əvvəl Bayden seçilmiş dövlət başçısı kimi Qonzaleslə görüşüb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Fevral 2025 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri